Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Aylıq və rüblük maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanması;
  • Maliyyə hesabatlarının təhlilinin aparılması,zəruri uyğunlaşma və yeniliklərin tətbiqi,onların ümumi normalara uyğunluğunun yoxlanılması;
  • Büdcə planlama prosesinin təşkilində, formalaşmasında və icrasında iştirak;
  • Aylıq göstəricilər əsasında illik ehtimal hesabatlarının hazırlanması;
  • Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlillərin aparılması, maliyyə sənədlərinin hazırlanması;
  • Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
  • Kənar auditorlar və digər tərəflərlə davamlı,effektiv kommunikasiyanın təmin olunması;
  • Müvafiq dövlət qurumlarına və rəhbərliyə təqdim olunacaq bütün növ hesabatların hazırlanması , zəruri məlumatların tələb olunan qaydada hazırlanaraq təqdim edilməsi;
  • Büdcə hesabatlarının müqayisəli təhlili (plan-fakt) və hesabat dövrünün sonunda əhəmiyyətli dəyişikliklərin təqdim edilməsi;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;

Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
  • Maliyyə hesabatlılığı sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • ACCA F7, ACCA DipİFR və ya CİMA P1 sertifikatlardan ən azı birinin olması mütləqdir;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Dalğa plaza
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • İş vaxtı: Seçimə əsasən (08:00-17:00; 09:00-18:00; 10:00-19:00)

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hesabatlılıq üzrə aparıcı mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 sentyabr 2026
Son tarix
10 oktyabr 2026

Şirkət haqqında

Daşkəsən Dəmir Filiz MMC
Mədənçıxarma, neft və qaz, Mədənçıxarma və karxana fəaliyyəti · Baku

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir.

Daşkəsən Dəmir Filiz MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

AzTelco Group MMC
Middle · 3–5 ilBakı
Maaş göstərilməyib

Maliyyə hesabatlarını hazırlayır, büdcəni idarə edir və maliyyə analizində təcrübə tələb olunur.

Financial PlanningFinancial ReportingFinancial AnalysisCash Flow Management+9
Müraciət et
Companyh
ManagerBakı
6 000

Şirkətin maliyyə strategiyasını hazırlayır, büdcə planlaması və hesabatlar üzrə təcrübə tələb olunur.

Financial ReportingBalance Sheet PreparationFinancial Risk ManagementStakeholder Communication+9
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Hesabatlılıq üzrə aparıcı mütəxəssis
Müraciət et