Vakansiya haqqında

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) Maliyyə şöbəsinə böyük mütəxəssis vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunlarının Agentliyin maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna tətbiqində iştirak edir;

  • Debitor və kreditorlarla aparılmış alqı-satqı əməliyyatlarının və ödənişlərin uçotuna nəzarət edir;

  • İcra etdiyi vəzifələrə uyğun olaraq metodoloji sənədlərin hazırlanmasını həyata keçirir;

  • Agentliyin mühasibat uçotunun uçot siyasətinə, AR qanunlarına və beynəlxalq standartlara uyğunluğunu yoxlayır;

  • Əmək haqqı,məzuniyyət,əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti və digər ödənişləri hesablayır və ödənilməsini təmin edir ;

  • Agentliyin xərclər smetasının layihəsinin hazırlanmasınında iştirak edir və maliyyə vəsaitlərinin xərclər smetasına uyğun istifadəsini yoxlayır, kənarlaşmaları təhlil edir və təkliflər verir;

  • Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Agentliyin maliyyə hesabat(lar)ını hazırlayır, audit zamanı zəruri sənədlərin və məlumatların kənar auditorlara verilməsini həyata keçirir;

  • Fəaliyyət istiqamətləri üzrə hesabatlar hazırlayır, rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır;

  • Boşluqların aradan qaldırılması üçün tələbdən yaranan maliyyə təhlillərini aparır, ehtiyac yarandıqda müvafiq təlimatları hazırlayır;

  • Hesabat və analizlər, eləcə də tapşırıqların gedişatı və nəticələri bərədə rəhbərini və aidiyyəti şəxsləri vaxtında məlumatlandırır;

  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

TƏLƏBLƏR:

  • Maliyyə, iqtisadiyyat, mühasibat ixtisasları üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzu olunandı)

  • Maliyyə və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi

  • Yaş həddi 28-45 aralığı;

  • ACCA F3, F7 səviyyələrinin və ya ekvivalent dərəcələrinin müvəffəqiyyətlə tamamlanması

  • Yüksək korporativ ünsiyyət bacarığı

  • Yüksək səviyyədə Excel bilikləri

  • 1C 8.3 proqramı ilə sərbəst işləmə bacarığı

  • PMS və əlavə beynəlxalq (ACCA, CPA və s.) sertifikatlarının mövcudluğu üstünlükdür.

  • e-gov, e-taxes və digər proqramları ilə sərbəst işləmə bacarığı

  • Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri arzuolunandır

DİGƏR:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.

  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

  • Son müraciət tarixi: 20.10.2026

  • Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Maliyyə şöbəsi – Böyük Mütəxəssis) qeyd edin.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Üzeyir Hacıbəyov kücəsi, 84
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
5 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
88

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84 ünvanında yerləşir.

Maliyyə və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma təklif olunur.

Anket göndərmək tələb olunur, mövzu hissəsində vakansiyanın adı qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

1C 8.3 proqramı, e-gov, e-taxes və digər proqramlarla sərbəst işləmə bacarığı tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə hesabatlığı üzrə analitik üzrə Bakıda digər açıq elanlar.

SOCAR Cape
Middle · 2+ ilBakı
Maaş göstərilməyib7 gün qalıb

İllik büdcə və maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə mütəxəssis axtarılır, Excel bacarığı tələb olunur.

BudgetingFinancial ReportingFinancial AnalysisFinancial Modeling+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə şöbəsinə böyük mütəxəssis
Müraciət et