Maliyyə hesabatlarının hazırlanması və büdcələmə proseslərinin idarə olunması üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Şirkətin illik büdcəsinin hazırlanması prosesinin koordinasiyasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə məlumatlarını təhlil etmək və konsolidasiya etmək;
- Aylıq, rüblük və illik idarəetmə və pul vəsaiti hesabatlarının hazırlanmasını təmin etmək;
- Faktiki nəticələrin büdcə və proqnoz göstəriciləri ilə müqayisəli təhlilini aparmaq, kənarlaşmaların səbəblərini müəyyən etmək;
- Büdcənin icrasına nəzarət etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;
- Dövri maliyyə proqnozlarının (Forecast / Rolling Forecast) hazırlanmasını və yenilənməsini koordinasiya etmək;
- Müxtəlif biznes istiqamətləri, layihələr və investisiyalar üzrə maliyyə modelləri və ssenari analizləri hazırlamaq;
- Maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun hazırlanması prosesində iştirak etmək və hesabatların düzgünlüyünü, tamlığını və ardıcıllığını təmin etmək;
- İllik və zərurət yarandıqda aralıq xarici audit prosesinin planlaşdırılması, təşkili və koordinasiyasında iştirak etmək;
- Büdcələmə, maliyyə hesabatlığı və audit proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək;
- Şöbə daxilində iş bölgüsünün və tapşırıqların icrasının koordinasiyasında şöbə müdirinə dəstək göstərmək;
- Şöbə müdirinin tapşırıqlarının icrasını təmin etmək və Şöbə müdirinin olmadığı hallarda səlahiyyət çərçivəsində şöbənin gündəlik fəaliyyətinin koordinasiyasını həyata keçirmək.
Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Büdcələmə, idarəetmə hesabatlığı və ya audit üzrə 4–5 il iş təcrübəsi;
- Büdcələmə, forecasting, variance analysis, cash flow və maliyyə modelləşdirilməsi üzrə güclü bilik;
- P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə;
- Dəyişən prioritetlərə uyğunlaşmaq və bir neçə tapşırığı effektiv idarə etmək bacarığı;
- MS Excel üzrə yüksək səviyyədə təcrübə;
- Sərbəst Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi mütləqdir; rus dili biliyi isə üstünlükdür.
- ACCA, DipIFR, CPA və ya digər beynəlxalq sertifikatlar (və ya bu istiqamətdə təhsil) üstünlükdür;
- Power BI və digər BI/reporting alətləri üzrə bilik üstünlükdür;
- 1C və ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis mövcuddur);
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı;
- Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
- Korporativ təlimlərə qatılma imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bayıl ərazisində yerləşir.
İş qrafiki həftədə 5 gün, 8:00-17:00 və ya 09:00-18:00 saatları arasındadır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə təmin edilir.
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil və 4-5 il iş təcrübəsi tələb olunur.
MS Excel yüksək səviyyədə, Power BI və 1C/ERP sistemləri üzrə bilik üstünlükdür.
Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə, rus dili üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaliyyə hesabatlığı üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Şirkətin maliyyə planlamasını və hesabatlılığını idarə edir, maliyyə analizində təcrübə tələb olunur
Maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edir və IFRS biliklərinə malikdir.
Maliyyə hesabatlarının hazırlanmasını və komandanın idarə olunmasını təmin edir.



