Kredit məhsullarının inkişafını idarə edir və Agile metodologiyasında təcrübə tələb olunur
Vakansiya haqqında
İşin qısa təsviri
- SAP FI, CO, AA və FM modullarının tətbiqi, konfiqurasiyası, test edilməsi, dəstəklənməsi və optimallaşdırılması proseslərini həyata keçirmək, biznes tələblərinin SAP həllərinə uyğunlaşdırılmasını təmin etmək.
Vəzifə öhdəlikləri
- SAP FI, CO, AA və FM modullarının konfiqurasiyası, dəstəklənməsi və təkmilləşdirilməsini həyata keçirmək;
- Biznes tələblərini toplamaq, təhlil etmək və uyğun SAP həllərinin hazırlanmasında iştirak etmək;
- Maliyyə proseslərini təhlil edərək optimallaşdırma və avtomatlaşdırma imkanlarını müəyyən etmək;
- SAP üzrə dəyişikliklərin və inteqrasiyaların test edilməsini, o cümlədən UAT proseslərini həyata keçirmək;
- Maliyyə proseslərinin digər funksional sahələrlə inteqrasiyasına dəstək göstərmək;
- Dövr içi və dövr sonu proseslərində maliyyə komandasına SAP üzrə dəstək vermək;
- Xarici SAP konsultantları, biznes və İT komandaları ilə koordinasiyalı işləmək;
- İstifadəçilər üçün təlimlər keçirmək və müvafiq sənədləri hazırlamaq.
Tələblər
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları, İnformatika, Biznesin idarə edilməsi və ya əlaqəli sahədə ali təhsil;
- SAP FI, CO, AA və FM modullarının tətbiqi, konfiqurasiyası və dəstəyi üzrə minimum 2-4 il praktiki təcrübə;
- SAP maliyyə modullarının konfiqurasiyası, inteqrasiyası və təkmilləşdirilməsi üzrə bilik;
- Maliyyə uçotu, xərclərin idarə edilməsi və büdcələmə prosesləri üzrə bilik;
- İngilis dili biliyi; rus dili biliyi üstünlükdür;
- Agile/Scrum metodologiyaları və Jira, SAP Solution Manager kimi alətlərlə iş təcrübəsi arzuolunandır;
- Güclü analitik düşüncə, problem həll etmə və kommunikasiya bacarıqları.
Üstünlükdür
- Müvafiq SAP sertifikatlarının olması;
- SAP tətbiqi və transformasiya layihələrində iştirak təcrübəsi;
- ABAP, Java və ya Python üzrə bilik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.
Baku Steel Company CJSC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Məhsulun keyfiyyətini təmin etmək üçün test planları hazırlayır və avtomatlaşdırılmış testlər aparır.
Data inteqrasiyası layihələrini planlaşdırır və biznes analitikası üzrə SQL və Python bilikləri tələb olunur
Filialın gündəlik fəaliyyətini idarə edir və satış, idarəetmə bacarıqları tələb olunur




