Mikro biznes kreditləri üzrə müraciətləri qəbul edir və kredit təhlili aparır, kredit bilikləri tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələri:
- Sahədə aktiv müştəri axtarışı və potensial müştərilərin cəlb edilməsi;
- Ərazi üzrə sahibkarlıq subyektlərini araşdırmaq, potensial müştərilərlə görüşlər keçirmək və yeni müştəri bazası formalaşdırmaq;
- Mikro biznes kreditləri üçün müraciətləri qəbul etmək və qiymətləndirmək.
- Müştərilərlə danışıqlar aparmaq.
- Müştəri şəbəkəsinin genişləndirilməsi;
- Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
- Mikro kreditlər üzrə sifarişləri qəbul etmək, bankın daxili prosedur və qaydalarına uyğun sənədləri toplamaq və kreditləri rəsmiləşdirmək.
- Mikro kreditlərin təhlilini aparmaq, maliyyə hesabatlarını hazırlamaq və girovun qiymətləndirilməsi üçün ilkin monitorinq keçirmək.
- Aylıq satış planlarını yerinə yetirmək.
Tələb olunan keyfiyyətlər:
- Kreditlərlə bağlı biliklər və təcrübə.
- Təhlil etmə və ünsiyyət qurma bacarığı.
- Analitik düşünmə qabiliyyəti.
- Müştəri ilə işləmək bacarığı.
- Komanda ilə işləmək bacarığı.
- Azərbaycan dili mükəmməl səviyyədə.
Xüsusi tələblər
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 22-35
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti
İş şəraiti:
- Əmək haqqı: 400 AZN
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə ilə təmin edilmə;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Mikro biznes kreditləri üzrə Təcrübə proqramı (Bakı,Xırdalan,Sumqayıt)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ü̈nvanına göndərməkləri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mikro kredit mütəxəssisi üzrə bazar adətən 400–1 200 ₼ ödəyir, median — 800 ₼.
61 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mikro kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 09:00 - 18:00, Bazar ertəsindən Cüməyədəkdir.
Əmək haqqı 400 manatdır.
Yaş həddi 22-35 arasıdır.
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun rəsmiləşdirilmə və korporativ nömrə təmin edilir.
CV-ləri “Mikro biznes kreditləri üzrə Təcrübə proqramı (Bakı,Xırdalan,Sumqayıt)” başlığı ilə elektron ünvana göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMikro kredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Kredit portfelini idarə edir və müştərilərin kredit qabiliyyətini təhlil edir, kredit təcrübəsi tələb olunur.
Müştərilərlə görüşür, mikro və aqro kredit məhsullarını satır, portfel idarə edir.
Kredit məhsullarını müştərilərə təqdim edir və kredit şərtlərini qiymətləndirir.



