Mikro kredit məhsullarını satır, müştəri ehtiyaclarını analiz edir və maliyyə məsləhətləri verir.
Vakansiya haqqında
Birbankın Ağcabədi filialında Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq.
Vəzifə öhdəlikləri
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
- Görülmüş işlər üzrə hesabatlar verir.
Tələblər
- Ali təhsil
- Sahə üzrə ən az 1 il iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan dili biliyi
- Riyazi hesablama və analitik düşüncə qabiliyyəti
- Satış bacarığı
- Yüksək səviyyədə ünsiyyət bacarıqları
- Məsuliyyətlilik
- Diqqətlilik
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərlə işləyərək mikro kredit məhsullarını satır və maliyyə məsləhətləri verir.
Mikro kreditlər üzrə müştərilərlə işləyir, satış və maliyyə məsləhətləri verir, ən az 1 il təcrübə tələb olunur.
Mikro kredit məhsullarını satır, müştəri ehtiyaclarını analiz edir və portfel idarə edir.


