Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
6 avqust 2026

Vakansiya haqqında

Vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasını təmin etmək;
Xammal, material, yarımfabrikat və hazır məhsulun hərəkətinin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Məhsul buraxılışı əməliyyatlarının sistemə işlənməsi və istehsalata aid müxabirləşmələrin dügünlüyünü təmin etmək;
Məhsulun maya dəyərinin hesablanmasını və istehsal xərclərinin düzgün bölüşdürülməsini həyata keçirmək;
İstehsalat üzrə faktiki sərfiyyatların reseptura və normativlərə uyğunluğunu analiz etmək;
Anbar uçotu ilə mühasibat uçotunun uyğunluğunu yoxlamaq və inventarizasiya prosesində iştirak etmək;
İstehsal tullantıları, itkilər və çatışmazlıqlar üzrə uçotun düzgün aparılmasını həyata keçirmək;
Daxil olan e-qaimələrin və idxal əməliyyatlarının sistemə işlənməsini həyata keçirmək və e-qaimələrin təsdiq prosesinə nəzarət etmək;
Əsas vəsaitlər üzrə əməliyyatların (satış, alış, silinmə və s.) sistemə düzgün formada işlənməsini təmin etmək;
Vergi bəyannamələrinin (ƏDV, ÖMV, Torpaq vergisi, Əmlak Vergisi, Mədən vergisi, Vahid bəyannamə) hazırlanması və təqdim edilməsi (tələb olunduqda);
İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formalarının hazırlanıb vergi orqanına təqdim edilməsi;
Bütün statistik hesabatların təqdim edilməsi;
Müəssisədaxili prosedur və maliyyə intizamına riayət olunmasını təmin etmək.





Tələblər
Təhsil: Ali (Iqtisadi təhsil);
İş təcrübəsi: 3 ildən az olmayaraq;
Sertifikat: PMS, IFRS-lə bağlı sertifikatlar;
Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili orta səviyyə;
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
Ölkədaxili ezamiyyət imkanları.

İş şəraiti:

İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Luxen Plaza 12-ci mərtəbə.

Biz nə təklif edirik:

Əmək haqqı; Razılaşma yolu ilə;
Dinamik və gənc komanda ilə iş imkanı.

Şirkət haqqında

Mətanət A Şirkətlər Qrupu
Tikinti materialları · 500 + · Baku

<p>Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. </p><p>Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.</p>

Mətanət A Şirkətlər Qrupu — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Anonim işəgötürənMiddledünən
Bank ReconciliationAccounts ReceivableAccounts Payable
Business Service Centre LTDMiddle5 gün əvvəl
Accounting1C ProgrammingBank Account Management
SAMT LLCSumqayıtMiddle7 gün əvvəl
Cost AccountingCost AnalysisProduction Accounting
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı mühasib
Müraciət et