Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş yerinin təsviri:
- Şirkətin müxtəlif sənədlərin hazırlanmasına köməkliyin göstərilməsi;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatının aparılmasında köməkliyin göstərilməsi;
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və mühasibat-vergi uçotunun təşkili məqsədilə lazım olan digər normativ-hüquqi aktlar, qanunlar, qaydalar haqqında ilkin biliklər;
- 1C ERP sistemində uçotun aparılması - şirkətin gündəlik fəaliyyətinin ERP-də uçotda düzgün əks etdirilməsi;
- Bank və kassa əməliyyatlarının aparılması;
- Elektron qaimə qəbulu və göndərilməsi;
- Bank və kassa əməliyyatları işlənməsi;
- Debitorlar və kreditorlar üzrə gündəlik və aylıq hesabatların tərtib edilməsində iştirak etmək;
- Daxili hesabatların hazırlanması və təqdim olunmasında iştirak etmək.
İş şəraiti:
- Əmək haqqı 1000-1500 AZN;
Namizəd üçün tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə);
- 3-5 il iş təcrübəsi;
- Azərbaycan dillərində sərbəst danışmaq bacarığı (Rus dili arzuolunandır);
- Ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Problem həll etmə bacarığı;
- İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq.
Şirkət haqqında
Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. Bizim əsas məqsədimiz əhaliyə beynəlxalq standartlara uyğun tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinik mərkəzlərindən birinə çevrilməkdir. Hədəfimiz daim ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz olmaqdır. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyalardan istifadə edərək, pasiyentlərimizin məmnuniyyətini yüksəltmək əzmindəyik. Məhz bu məqsədimizi əsas tutaraq xidmətlərin keyfiyyət nişanı sayılan ISO 9001:2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) sertifikatını 2018-ci ildə əldə etdik. Mərkəzimizin laboratoriyası dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub. Burada 9 əsas (CoLab, Hematologiya, Mikrobiologiya, Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya) və bir sıra alt bölmələr (hamilələrin prenatal skrininqi, diabetik monitorinq, axınlı sitometriya, yenidoğulmuşların metabolik skrininqi və s.) üzrə 4000-nə yaxın laborator müayinələr aparılır. Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq icra edilir və nəticələrin dəqiqliyi kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.
Referans CLC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



