Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 iyul 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

Komandamıza peşəkar, məsuliyyətli və operativ işləmə bacarığına malik Mühasib axtarışındayıq.


🔹 Əsas vəzifə öhdəlikləri:


  • Sadələşdirilmiş vergi, muzdlu işçi və digər vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi
  • Obyektlərin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və qeydiyyat məlumatlarında dəyişikliklərin aparılması
  • Vətəndaşlarla iş üzrə hesabatların hazırlanması və nəzarətdə saxlanılması
  • Gündəlik kassa əməliyyatlarının və kassaların yoxlanılması
  • Online banking əməliyyatlarının icrası və nəzarəti
  • Əməkhaqqı, məzuniyyət, ezamiyyət, bülleten və digər ödənişlərin hesablanması
  • Müəssisələr üzrə maliyyə hesabatlarının və balansların hazırlanması
  • Vergi orqanları ilə rəsmi yazışmaların aparılması
  • Kommersiya məktublarının vaxtında cavablandırılması
  • POS-terminal və kassa aparatlarının qeydiyyatı və nəzarəti


🔹 Namizədə tələblər:


  • Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
  • Sadələşdirilmiş vergi, muzdlu işçi və digər vergi bəyannamələrinin hazırlanması üzrə praktiki bilik və təcrübə
  • Online banking sistemləri ilə işləmə bacarığı
  • Vergi və əmək qanunvericiliyi üzrə ilkin biliklər
  • Analitik düşünmə və hesabatlılıq bacarığı
  • Sənədlərlə işləmə və rəsmi yazışma bacarığı
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmə bacarığı
  • Aktiv, məsuliyyətli, punktual və dinamik olmaq
  • Komandada işləmək və operativ qərarvermə bacarığı


📩 Uyğun namizədlərin CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək hr@narinc.az e-poçt ünvanına göndərmələri xahiş olunur.


Ətraflı məlumat üçün əlaqə nömrəsi: +994 55 426 27 00


Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət haqqında

NARINC Psixologiya Mərkəzi (NARINJ Psychological Center)
Mental Health Care · 201-500 · Bakı

Psixoloji/ loqopedik/ klinik-refleksoloji/ korporativ psixoloji dəstək/ neyropsixoloji aparatlar vasitəsilə xidmətlər | “Narınc” Psixologiya Mərkəzi 18 ilə yaxındır ki, bütün yaş qrupları üçün psixoterapiya və psixoloji konsultasiya xidmətləri göstərir. Yarandığı gündən etibarən mərkəz psixoloji dəstək və məsləhət sahəsində peşəkar fəaliyyəti ilə tanınaraq bu istiqamətdə mühüm işlər həyata keçirmişdir. Mərkəzin əsas məqsədi insanların psixoloji rifahını dəstəkləmək, müxtəlif yaş dövrlərinin xüsusiyyətlərinə uyğun peşəkar konsultasiya və terapiya xidmətləri təqdim etməkdir.

NARINC Psixologiya Mərkəzi (NARINJ Psychological Center) — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mühasib (Accountant)
Müraciət et