Accounting1CAccounts Payable
Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–1 000 ₼
Yerləşdirilib
13 iyul 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
13 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Alqı-satqı və xidmət müqavilələrinin hazırlanması;
- Təsisçi ilə borc müqavilələrin, qərarın və s. hazırlanması;
- Hesab-fakturaların hazırlanması;
- E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
- Təhvil-təslim aktlarının hazırlanması;
- Qiymətin razılaşdırma protokolunun hazırlanması;
- Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması;
- Bank vasitəsilə onlayn ödənişlərin edilməsi;
- Əmək haqqı kartının açılması;
- Əlavə dəyər vergisinin hesablanması, tərtibi və ödənilməsi (ƏDV);
- Köhnə və yeni dövr üçün əvəzləşmələrin aparılması;
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin hazırlanması (Vahid bəyannamə);
- Ödəmə mənbəyində tutulan vergilərin hesablanması, tərtibi və ödənilməsi (ÖMV);
- Gündəlik onlayn kargüzalığın (gələn məktubaların) izlənməsi;
- Aylıq əmək haqqının hesablanması;
- Məzuniyyətin və son haqq hesabın hesablanması;
- Ezamiyyət sənədlərinin hazırlanması və hesablamaların edilməsi;
- Debitor və kreditor borclarının uçotu və nəzarəti.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək
- İstirahət: Şənbə – Bazar günləri
- Əmək haqqı: 700 – 1000 AZN
- İş yeri: Bakı, Nəcəf Nərimanov 4
Namizədə tələblər
- Təhsil: Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə)
- İş təcrübəsi: müvafiq sahədə minimum 2 (iki) il
- 1C və MS Excel proqramlarını yaxşı səviyyədə bilmə ( MS Excel mütləq yoxlanılacaq)
- Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik olmaq
- Analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik
- Vergi məcəlləsi və mühasibat uçotu sahəsində biliklər
- Səlis azərbaycan dili biliyi (Rus dili arzu olunandır)
Şirkət haqqında
Akabe İnşaat
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AccountingFinancial ReportingTax compliance
Accounting1C ProgrammingAccounts Payable
AccountingAzerbaijani Accounting StandardsAccounts Payable




