Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–900 ₼
Yerləşdirilib
16 iyun 2026
Dillər
Azerbaijani, English, Russian

Vakansiya haqqında

İş barədə məlumat

  • Satış, alış və bank əməliyyatlarına dair sənədlərin hazırlanması və uçotunun aparılması
  • 1C 8.3 proqramında alış və satış əməliyyatlarının işlənməsi
  • Mal-materialların, əsas vəsaitlərin və digər aktivlərin uçotunun aparılması
  • Hər bir layihə və ya iş üzrə material və xərclərin dəqiq uçotunun aparılması
  • Kadr uçotu üzrə sənədləşmə (işə qəbul, işdən azad olunma, məzuniyyət və s. üzrə əmrlərin və ərizələrin tərtib edilməsi)
  • Gündəlik təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və 1C proqramına daxil edilməsi
  • Hesab-fakturaların (Invoice), müqavilələrin və aktların hazırlanması, protokolların tərtibi
  • Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasında iştirak
  • Maliyyə uçotunun düzgün və şəffaf şəkildə aparılmasına nəzarət

Namizədə tələblər

  • İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq ixtisası üzrə ali təhsil
  • Mühasibatlıq sahəsində ən azı 2-3 illik təcrübə
  • 1C 8.3 proqramında peşəkar səviyyədə işləmə bacarığı
  • E-Qaimə, E-VHF, ƏDV DH və digər elektron vergi sistemlərində işləmə bacarığı
  • MS Office proqramlarını (xüsusilə Excel, Word) yüksək səviyyədə bilmək
  • Vergi və Əmək qanunvericiliyi üzrə praktiki biliklər
  • Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) üzrə biliklər arzuolunandır
  • Dəqiqlik, məsuliyyət və hesabatlılıq qabiliyyəti
  • Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı
  • İngilis və Rus dillərini bilmək üstünlükdür
  • Xanım namizədlərə üstünlük verilir

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Mazarina Trade CompanyBakıMiddle28 gün əvvəl
AccountingFinancial ReportingFinancial Analysis
Bütün oxşar vakansiyalar
700–900 ₼
Mühasib
Müraciət et