Mühasib (Masallı rayonu)

Melissa Group

Yerləşmə
Masallı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
24 iyul 2026
Dillər
Azerbaijani, Russian, English

Vakansiya haqqında

İlkin mühasibat sənədlərinin (qaimə, akt, hesab-faktura və s.) düzgün tərtib edilməsini və uçota alınmasını təmin etmək; Xammalın, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulların uçotunu aparmaq; İstehsal prosesləri üzrə xərclərin uçotunu aparmaq və baş mühasibə təqdim etmək; Kassa və bank əməliyyatları üzrə sənədlərin hazırlanmasında iştirak etmək; Satış, geri qaytarma, itkilər və tullantılar üzrə mühasibat uçotunu aparmaq; Əmək haqqı, əlavə iş saatları və növbəli iş rejimi üzrə hesablamalarda iştirak etmək; Vergi, maliyyə və statistik hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq; İnventarizasiya proseslərində iştirak etmək və nəticələri uçotda əks etdirmək; Mühasibat sənədlərinin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək; Baş mühasibin tapşırıqlarını vaxtında və düzgün icra etmək;·Qanunvericiliyin müəyyən etdiyi qaydada normativlərin təyini və idarə edilməsi, hesabatların və təhlillərin müntəzəmlilyinin təmin edilməsində iştirak etmək.Əməkhaqqı: 1000 – 1500 AZNİş rejimi: 6 günlük iş qrafikinə uyğun tənzimlənir (Bazar günü istirahət günüdür). İş saatları: 09:00-18:00İş yeri: Masallı rayonu (rayon və ətraf rayonlarda yaşayanlara üstünlük veriləcək) Xüsusi tələblər Maliyyə, mühasibatlıq və ya iqtisadi yönümlü sahədə ali təhsil;Mühasibatlıq sahəsində ən azı 1 illik iş təcrübəsi;MS Office və 1C ERP proqramlarından istifadə bacarıqları;İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür. Müraciət etmək üçün: [email protected]

Şirkət haqqında

Melissa Group
Baku

2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.

Melissa Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 000–1 500 ₼
Mühasib (Masallı rayonu)
Müraciət et