Yerləşmə
Azərbaycan
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
2 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Maliyyə sənədlərinin, hesab-fakturaların, ödəniş tapşırıqlarının və digər mühasibat sənədlərinin hazırlanması

  • Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması

  • Bank əməliyyatlarının və internet bankçılığı vasitəsilə ödənişlərin icrası

  • Aylıq, rüblük və illik vergi, maliyyə və statistik hesabatların hazırlanması və təqdim edilməsi

  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əmək ödənişlərinin hesablanması

  • Mühasibat hesabları üzrə üzləşmələrin aparılması və maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət

  • 1C 8.3 proqramında alış və satış əməliyyatlarının işlənməsi

  • Elektron qaimə-fakturaların, e-qaimələrin və digər elektron sənədlərin hazırlanması və idarə olunması

  • Ay sonu və il sonu bağlanış proseslərində iştirak

  • Audit və vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi

  • Rəhbərlik üçün maliyyə məlumatlarının və hesabatların hazırlanması

  • Maliyyə sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və daxili sənəd dövriyyəsinin idarə olunması

Tələblər:

  • Xanım namizədlər

  • Müvafiq sahə üzrə ali təhsil

  • Mühasibatlıq sahəsində minimum 1-3 il iş təcrübəsi

  • Vergi və mühasibat qanunvericiliyini yaxşı səviyyədə bilmək

  • MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək

  • Elektron hökumət portalları (e-taxes, e-gov və digər əlaqəli sistemlər) ilə işləmək bacarığı

  • Analitik düşüncə, məsuliyyət və yüksək təşkilatçılıq bacarığı

  • Detallara diqqət və müəyyən edilmiş müddətlər çərçivəsində işləmək bacarığı

  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı

  • Azərbaycan dilində sərbəst, ingilis dili üzrə orta səviyyədə bilik

Biz təklif edirik:

  • Əməkhaqqı müsahibə əsasında

  • İş qrafiki həftə içi 5 gündür. Şənbə və bazar istirahət günü

  • Peşəkar və dinamik komandada çalışma imkanı

  • Karyera və peşəkar inkişaf perspektivləri

  • Rahat və müasir ofis mühiti

  • İş yeri: Stn plaza

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Mühasibatlıq Xidmətləri MMCMiddle13 gün əvvəl
Financial Reporting1C 8.3Internal Controls
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mühasib
Müraciət et