Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 700 – 900 AZN
- İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30
Əsas vəzifə və öhdəliklər
- E-qaimə-fakturaların, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər ilkin uçot sənədlərinin hazırlanması;
- E-taxes, E-qaimə və digər dövlət portallarında əməliyyatların icrası;
- 1C 8.3 proqramında alış, satış, anbar və digər əməliyyatların sistemə daxil edilməsi;
- Müqavilə, sifariş və maliyyə sənədlərinin sistemləşdirilməsi;
- Dövlət və korporativ müştərilər üzrə sənəd dövriyyəsinin aparılması;
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və uçotunun aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Namizədə qarşı tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- 1C 8.3 proqramında işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və operativlik;
- Komanda ilə işləmək bacarığı.
Təminatlar
- Korporativ nömrə;
- Tibbi sığorta.
Qeyd - Vakansiya üzrə seçilmiş namizədlər üçün 1 həftəlik sınaq müddəti tətbiq olunur.
Şirkət haqqında
Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq fəaliyyətini davam etdirir. Quruluş prinsipi; Kiçik və ya böyük olmasından asılı olmayaraq, iş yerlərinin ehtiyyac duyduğu bütün iş yeri materiallarını hər an stokda saxlayaraq rəqabətli və ardıcıl qiymətlərlə ən keyfiyyətli məhsulları təmin etmək. Grinco tərəfdaşlarına hər zaman yüksək səviyyədə xidmət göstərməyi hədəfləyir. Abşeron Marriot Hotel, Bank VTB, A+CO, Competo, Kristal Abşeron kimi müxtəlif sektorlarda lider şirkətlərə xidmət göstərməyə davam edir. Bu qələbədir! Grinco planlı Satınalma Sistemi, qurulduğu gündən bəri hər zaman təchizatçılarına və müştərilərinə ən yaxşısını təqdim etmək üçün çalışmışdır. Ofis ləvazimatlarından qida və mətbəx məhsullarına, kağız məhsullarından katricə, texnologiya məhsullarından təmizlik və sağlamlıq məhsullarına, mebel və texnikadan çap və promoya qədər, A-dan Z-ə müəssisələrin bütün ehtiyaclarını rəqabətli qiymətlərlə təmin edə və sürətli çatdırılma ilə xidmətinizdəyik. Mütəmadi olaraq sənayenin dinamikasını və dəyişənlərini araşdırır və müştərilərinin ehtiyacları üçün ən doğru və keyfiyyətli məhsulları seçərək və hər gün portfelini genişləndirərək bu məhsulları rəqabətli qiymətlərlə təklif edirik. Bakı şəhərində saat 17: 00 -dək verilən sifarişləri 1 iş günü ərzində qapınıza çatdırırıq. Şirkətinizə xüsusi xidmətlər göstərən satış nümayəndələrimiz bütün alış -veriş proseslərini mümkün qədər asanlaşdırır və sürətləndirir. Ofis ləvazimatları, Reklam və promo, Ofis mebeli, Elektronika, Seyf və dolab, Qida və mətbəx, Sənaye və təsərrüfat, Təmizlik, Gigiyena, İşdən sonra kimi 10 əsas kateqoriyada ən yaxşı xidməti təmin etmək üçün çalışırıq. Bakı şəhərindən olan məsafənizdən asılı olaraq növbəti iş günü digər bölgələrdən gələn sifarişləri müqaviləli yük şirkətinə çatdırır və 1-3 iş günü ərzində qapınıza çatdırırıq. Grinco -dan etdiyiniz hər sifariş vaxtında qapınıza gəlir.Siz də Grinco ilə əməkdaşlığa başlaya və xərclərinizə qənaət edə bilərsiniz.
Grinco — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.




