Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
2011-ci ildən etibarən lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən PAY Group MMC-yə mühasib axtarırıq.
Vəzifə üzrə əsas öhdəliklər:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Pul qəbzləri, çeklər və digər maliyyə sənədlərini toplamaq və sistemləşdirmək;
- Gündəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək;
- Kassadakı pul və sənədlərin tamlığını təmin etmək;
- Bank əməliyyatlarının uçotu və sənədləşməsi;
- Debitor və kreditor borclarının izlənməsi;
- Ay sonu hesabatlarının hazırlanmasında kömək;
- Məhsulun maya dəyərinin hesablanması;
- Alışlar üzrə mədaxillərin proqrama daxil edilməsi;
- İstehsal üçün sifarşlərin icra edilməsi;
- 1C 8.3 versiyasında bütün əməliyyatların sərbəst işlənilməsi;
- Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi;
- Nağd və nağdsız ödəniş əməliyyatlarını düzgün və operativ şəkildə həyata keçirmək;
- Hesab-faktura, qaimə, aktların işlənməsi və sistemə daxil edilməsi.
Vəzifə üzrə əsas tələblər:
- Ali təhsil (Müvafiq sahə.)
- Müvafiq sahə üzrə minimum 1-3 il təcrübə
- 1C proqramını əla səviyyədə bilmək
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- Azərbaycan dili sərbəst, Rus dili sərbəst
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü;
- İstirahət günü: Şənbə və Bazar;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək Haqqı: 1000 AZN
Şirkət haqqında
PAY Group MMC 2011-ci ildən etibarən Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərməkdədir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacarmışdır. Biz müştəri və eyni zamanda təmsil etdiyimiz markaların etibarını qazanmağı və müştərilərimizə keyfiyyətlə zəmanət verməyi əsas dəyərlərimiz olaraq qiymətləndiririk, bu səbəbdən müştəri məmnuniyyəti bizim üçün mühüm əhəmiyyət daşıyan bir anlayışdır.
PAY Group — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



