Yerləşmə
Azərbaycan
Təcrübə
5–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
900–1 500 ₼
Yerləşdirilib
9 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
9 avqust 2026

Vakansiya haqqında

İş şəraiti

  • İş yeri – Radion Group MMC
  • Ünvan: 28 may metrosu yaxınlığı
  • İş qrafiki – 5 günlük iş həftəsi , 09 : 00 – 18 : 00 (şənbə günü ehtiyyac olduğu təqdirdə)
  • Aylıq qazanc – 900 – 1500 azn

Öhdəliklər

  • Vergi, DSMF və Statistika orqanlarına təqdim edilən hesabatların hazırlanmasına dəstək göstərmək(mühasibatlığa dəstək kimi)
  • Vergi və digər dövlət qurumlarından daxil olan məktubların nəzarətdə saxlanılması və yazışmaların aparılması
  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
  • Müqavilələrin redaktə edilməsi; aktların, hesab-fakturaların, protokolların və digər mühasibat sənədlərinin tərtib olunması
  • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət
  • Təsərrüfat əməliyyatlarının 1C (8.3) proqramına işlənməsi
  • MS Office proqramlarında mükəmməl və sərbəst işləmək(önəmlidir)
  • Kassa və bank əməliyyatlarının icrası
  • İşgüzar yazışmaların aparılması
  • E-Tender portalında işləmək bacarığı,kotirovka və açıq tenderlərdə sənədlərin hazırlanıb portal yüklənməsi işləri
  • E-Qaimə fakturalarının vergi qanunvericiliyinə uyğun düzgün işlənməsi
  • Elektron portallarda (e-taxes, e-gov, e-statistika, e-tender) əməliyyat və hesabatların icrası
  • Debitor və kreditor uçotunun aparılması
  • Daxil olan e-qaimələrin doğruluğunun yoxlanılması və xərclərə nəzarət
  • Təhvil-təslim aktlarının hazırlanması,müqavilələrin hazırlanması,ümumi kargüzar işləri
  • Vəzifədən irəli gələn digər tapşırıqların icrası

Tələblər

  • Yuxarıda adları sadalanan işlərdə minimum 5–7 illik iş təcrübəsi
  • Vergi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı bilmək
  • 1C (8.3) proqramında sərbəst işləmək bacarığı
  • MS Office bilikləri (xüsusən Word və Excel)
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə bacarığı,özünü şəxsi yaradıcı bizness fikirləri
  • İşgüzar yazışma bacarığı qabiliyyəti(professional təcrübə)
  • Elektron qaimə və dövlət portalları ilə işləmə bacarığı
  • Əsasən bəy namizədlərə üstünlük verilir

Xahiş olunur yuxardakı parametrləri diqqətlə izləyin,uyğun olmayan narahat etməsin

Şirkət haqqında

Radion Group MMC
Tikinti, İxtisaslaşmış tikinti fəaliyyətləri

Radion Group MMC – lift və eskalator sistemlərinin qurulması, texniki servisi və təhlükəsizlik nəzarəti üzrə ixtisaslaşmış şirkətdir. Şirkət müasir standartlara uyğun lift avadanlıqlarının quraşdırılması, istismarı, diaqnostikası və mütəmadi texniki baxışının həyata keçirilməsi sahəsində peşəkar xidmət təqdim edir. Radion Group MMC həm yaşayış binaları, həm də kommersiya obyektləri üçün fərqli həcm və təyinatda lift həlləri təklif edir, quraşdırmadan sonrakı servis və ehtiyat hissələri təminatı ilə müştəri məmnuniyyətini prioritet kimi saxlayır. Şirkət bütün fəaliyyətini təhlükəsizlik normalarına, texniki standartlara və qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirir.

Radion Group MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Mazarina Trade CompanyBakıMiddle28 gün əvvəl
AccountingFinancial ReportingFinancial Analysis
Bütün oxşar vakansiyalar
900–1 500 ₼
Mühasib
Müraciət et