Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Son tarix
20 avqust 2026

Vakansiya haqqında

VANTEXİS MMC tikinti və memarlıq materiallarının xarici ölkələrdən birbaşa idxalını həyata keçirən, bazara yeni daxil olmuş dinamik və inkişaf etməkdə olan şirkətdir. Komandamıza maliyyə-mühasibat proseslərini yüksək səviyyədə idarə edəcək peşəkar və məsuliyyətli Mühasib axtarırıq.

​Öhdəliklər:

  • ​Şirkətin mühasibat uçotunun aparılması, vergi və statistika hesabatlarının hazırlanıb təqdim olunması.
  • ​İdxal əməliyyatlarının uçotu (gömrük bəyannamələri, xarici valyuta köçürmələri, invoyslar).
  • ​Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər kadr sənədləşmələrinin rəsmiləşdirilməsi.
  • ​Bank hesabları, debitor və kreditor borclarının mütəmadi olaraq izlənilməsi.
  • ​Rəhbərliyə maliyyə hesabatlarının və analitik məlumatların təqdim edilməsi.

​Namizədə tələblər:

  • ​Mühasibatlıq sahəsində ali təhsil.
  • ​Vergi Məcəlləsi və mühasibatlıq standartları üzrə dərin biliklər.
  • ​İdxal-ixrac əməliyyatları və gömrük sənədləşmələri sahəsində təcrübə (üstünlükdür).
  • ​MS Excel və mühasibat proqramları (1C və s.) ilə yüksək səviyyədə işləmə bacarığı.
  • ​Məsuliyyətli, ciddi və detallara qarşı diqqətli yanaşma.

​Biz nə təklif edirik:

  • ​Ofis: Ağ Şəhər ofis binası.
  • ​Rəsmi əmək müqaviləsi.
  • ​Yeni şirkətdə karyera və peşəkar inkişaf perspektivi.
  • ​Gənc və enerjili komandada iş mühiti.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu hissəsində "Mühasib" qeyd etməlidirlər.

Şirkət haqqında

Vantexis
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya

VANTEXIS olaraq, tikinti materiallarının idxalı və brokerlik sahəsində bazara yeni və sistemli bir yanaşma gətiririk

Vantexis — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mühasib
Müraciət et