Boruların mühəndisliyini idarə edir, 15 il təcrübə və liderlik bacarığı tələb olunur.
Vakansiya haqqında
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Problemli kreditlər üzrə mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
- Problemli kredit portfellərinə nəzarət etmək;
- Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
- Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
- Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
- Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəlikləri həyata keçirmək.
Tələblər
- İqtisadi, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
- 21- 35 yaş aralığı;
- Problemli kreditlər üzrə 1 il iş təcrübəsi;
- Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:00– 18:00
- Əmək haqqı: 400 AZN + bonus
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Dəniz platformalarının struktur mühəndisliyini idarə edir və 15 il təcrübə tələb edir.
Obyektin gündəlik işini idarə edir və komanda ilə işləmə bacarığı tələb olunur
Marketing meneceri bazar araşdırması aparır və brend idarəetməsində təcrübəyə malikdir.


