Dərman vasitələrinin qeydiyyatı və sənədləşmə proseslərini idarə edir, ən azı 2 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Dərman vasitələrinin, tibbi vasitələrin dövlət qeydiyyatı, yenidən qeydiyyatı və qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi üçün tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi.
- Qeydiyyat şəhadətnamələrinin etibarlılıq müddətinə nəzarət edilməsi və vaxtında yenilənmə prosesinin təşkili.
- Dövlət tənzimləyici orqanlarından daxil olan sorğu və iradlara cavabların hazırlanması və müəyyən olunmuş müddətlərdə təqdim edilməsi.
- Dərman vasitələrinin, tibbi vasitələrin qeydiyyat statusu üzrə elektron məlumat bazasının və reyestrin aparılması.
- Qeydiyyat prosesləri üzrə daxili normativ prosedurların hazırlanması və yenilənməsində iştirak.
- Milli və beynəlxalq tənzimləyici qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi, təhlili və şirkətin fəaliyyətinə tətbiq olunmasının təmin edilməsi.
- Dərman vasitələrinin arzuolunmaz reaksiyaları və əlavə təsirləri haqqında məlumatların toplanması, emalı, qeydiyyatı və arxivləşdirilməsi.
- Farmakonəzarət üzrə prosedur, təlimat və digər sənədlərin tənzimləyici orqanların tələblərinə uyğun hazırlanması və yenilənməsi.
- Farmakonəzarət sistemi üzrə audit və tənzimləyici inspeksiyalarda iştirak.
- Qeydiyyat sənədlərinin və farmakonəzarət hesabatlarının müəyyən edilmiş müddətlərdə hazırlanması və təqdim edilməsi.
Tələblər
- Ali təhsil (tibb, əczaçılıq ixtisası üzrə).
- Qeydiyyat və/və ya farmakonəzarət sahəsində minimum 3 il iş təcrübəsi.
- Dərman vasitələrinin qeydiyyatı və farmakonəzarət üzrə Azərbaycan Respublikasının qanunvericiliyini və normativ sənədlərini bilmək.
- GVP (Good Pharmacovigilance Practices) prinsiplərini bilmək.
- MS Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint)
- Azərbaycan, rus və ingilis dillərini bilmək.
- Sənədlərlə işləmək, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı.
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Qeydiyyat və Farmakonəzarət üzrə Menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələri xahiş olunur. Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
14 oktyabr 2026
Şirkət haqqında
R - Pharm
Emal sənayesi, Əczaçılıq məhsullarının istehsalı · 50-100 · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
600–1 000₼
Tender prosesində şirkəti təmsil edir və e-tender portalında işləmə bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tibbi nümayəndə kimi farmasevtik məhsulları təqdim edir və satış bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
700–750₼
Ofis işlərini təşkil edir, sənəd hazırlayır və MS Office proqramlarını bilir.
Müraciət etAsan müraciətAsan müraciət


