Maliyyə risklərinin idarə olunmasını təmin edir və risklərin qiymətləndirilməsi bacarığı tələb olunur.
Vakansiya haqqında
- BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslər üzrə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və idarə olunmasına nəzarət etmək;
- BOKT-nin fəaliyyətinin mövcud bazar şərtlərinə və BOKT-nin strategiyasına uyğun olması üçün lazımi dəyişikliklərlə bağlı rəhbərliyə təkliflər vermək;
- BOKT-nin əməliyyat və digər fəaliyyət istiqamətləri üzrə daxili qaydaların adekvatlığını qiymətləndirmək, risk yarada biləcək müddəaları müəyyənləşdirmək və təkmilləşdirilməsini təmin etmək;
- Daxili normativ sənədlərin mövcud qanunvericiliyin və tənzimləyici orqanın tələblərinə uyğunluğunun monitorinqini həyata keçirmək;
- Müxtəlif ssenarilər üzrə BOKT-nin risklərə dayanıqlığını qiymətləndirmək məqsədilə risk modellərinin hazırlanmasını və stress-testlərin keçirilməsini təşkil etmək;
- BOKT-nin məhsul, xidmət və biznes proseslərinin risk yönümlü təhlilini həyata keçirmək;
- Risk limitləri, səlahiyyət hədləri və əsas risk indikatorlarının (KRI) müəyyənləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Risklərin qiymətləndirilməsi və təhlilinin nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Risklərin idarə edilməsi üzrə daxili nəzarət mexanizmlərinin effektivliyini təmin etmək və təşkilatda risk mədəniyyətinin (Risk Culture) formalaşdırılmasına rəhbərlik etmək;
- Risklərin idarə edilməsi şöbəsinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü aparmaq və şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək.
- Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifə və funksiyaları həyata keçirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Bank olmayan Kredit Təşkilatı “İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət üçün son tarix 6 noyabr 2026-cı ildir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRisk meneceri üzrə Bakıda digər açıq elanlar.
Bank üzrə risklərin idarə olunmasını və hesabatlığını təşkil edir, ERM bilikləri tələb olunur.
Risklərin idarə olunması sistemini təşkil edir və minimum 3 il təcrübə tələb olunur.
Bankın əməliyyat risklərinin idarə edilməsində iştirak edir və risk strategiyası hazırlayır




