Compliance ManagementAuditRisk Management
Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 iyun 2026
Dillər
Russian, Azerbaijani
Son tarix
23 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
“KredAqro” BOKT MMC Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün əsas risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarətini əhatə edən risklərin idarə olunması sisteminin qurulması və inkişaf etdirilməsi.
- Risklərin idarə olunması üzrə metodologiyaların, prosedurların və qaydaların hazırlanması və aktuallaşdırılması, o cümlədən ödəniş xidmətləri və üçüncü tərəflərlə qarşılıqlı fəaliyyət riskləri.
- Risklər üzrə daxili hesabatlılığın təşkili və rəhbərlik üçün analitik materialların hazırlanması.
- Risk-menecment mədəniyyətinin inkişaf etdirilməsi və risklərin idarə olunması proseslərinin effektivliyinin artırılması.
- Strateji planlaşdırmada iştirak və biznes təşəbbüslərinin risklər baxımından qiymətləndirilməsi.
- Struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi.
- Komandaya rəhbərlik: tapşırıqların müəyyən edilməsi, icrasına nəzarət, nəticələrin qiymətləndirilməsi.
ƏL/TMM üzrə məsul şəxsi əvəz edərkən funksiyalar:
- ƏL/TMM üzrə qanunvericiliyin tələblərinə və daxili reqlamentlərə riayət olunmasına nəzarət.
- Əməliyyatların monitorinqi və müştəri üzrə CDD prosedurlarının həyata keçirilməsi.
- Şübhəli və cari əməliyyatlar üzrə hesabatların hazırlanması və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi.
- Əməliyyatların dayandırılması hallarında müvafiq tədbirlərin görülməsi.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və s.).
- Risklərin idarə olunması sahəsində ən azı 3–5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə.
- Risklərin qiymətləndirilməsi, limitlərin hazırlanması və idarəetmə hesabatlılığı üzrə təcrübə.
- Risk-menecment üzrə beynəlxalq yanaşmaların biliyi.
- FRM, GARP, IRM, CFA, CPA, CIA sertifikatlarının olması üstünlükdür.
- Excel və ofis proqramlarında sərbəst işləmə bacarığı.
- Rus dili biliyi — mütləq tələbdir.
Şirkət haqqında
NBCO KredAqro
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Financial PlanningBudgetingFinancial Reporting
Risk ManagementComplianceOffice software
Risk ManagementData AnalysisRisk Reporting



