Satış əməliyyatlarını idarə edir və məntiqi, analitik düşünmə bacarığı tələb olunur.
Vakansiya haqqında
“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “Risklərin idarə edilməsi üzrə mütəxəssis” vakansiyası üzrə əməkdaşları müsabiqəyə dəvət edir.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika və ya Biznesin idarə edilməsi üzrə);
- Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta səviyyədə;
- Yüksək səviyyədə MS Office proqramlarında (xüsusilə, MS Excel) işləmək bacarığı
- Risklərin təhlili və minimallaşdırılması üzrə biliklər;
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Məntiqi və analitik düşünmə tərzi.
Vəzifə öhdəlikləri:
- Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
- Təşkilatın ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
- Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
- Risklərin idarəedilməsi sahəsinə aid məsələlərə dair danışıqlarda və görüşlərdə iştirak etmək.
- Risklərin idarəedilməsi sahəsinə aid rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək
- Risklərin idarə edilməsi siyasətinə riayət edilməsinin monitorinqinin aparılması və kənarlaşmalar barədə hesabatın direktora təqdim edilməsi.
- Məhsul, xidmət və ya proses üzrə risklərin azaldılması tədbirlərindən sonra qalıq risklərin qiymətləndirilməsinin aparılması və bu barədə direktora hesabatın təqdim edilməsi.
- Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
- Risklərin idarə edilməsi işində BOKT-nin aidiyyəti struktur bölmələrinə metodoloji yardımın göstərilməsi.
- Daxili audit və uyğunluq (komplayens) bölmələri ilə koordinasiyanın təmin edilməsi
- Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi
Hazır cv formalarınızı Mövzu/Subject bölməsinə “Risk mütəxəssisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında
“Merkuri” bank olmayan kredit təşkilatı Azərbaycan Respublikası vətəndaşlarına müasir kredit texnologiyaları tətbiq etməklə maliyyə xidmətləri göstərmək üçün yaradılmışdır.
Merkuri BOKT — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Risklərin idarə olunması, təhlili və hesabatının aparılması üzrə mütəxəssis axtarılır.
Gecikmiş kredit portfelini təhlil edir, borcalanlarla mürəkkəb danışıqlar aparır və riskləri qiymətləndirir
Problemli kreditlər üzrə qrupun fəaliyyətini idarə edir, 3 ildən çox təcrübə tələb olunur.



