AccountingAnalytical ThinkingAudit Support
Yerləşmə
Azərbaycan
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 iyul 2026
Son tarix
21 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Təsvir
- Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək
- Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək
- Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək
- Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək
- Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq
- SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək
- Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək
- Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq
- Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək
- Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində)
- Maliyyə nəzarəti və ya audit sahəsində ən azı 4 il iş təcrübəsi
- ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür)
- Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
- Microsoft Excel-də yüksək səviyyəli işləmək bacarığı (məlumatların təhlili, hesabatların hazırlanması və s.);
- ERP və ya mühasibatlıq proqramları ilə işləmə bacarığı
- Güclü analitik düşüncə və dəqiqlik
- Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- korporativ nömrə ilə təmin olunur
- Nahar təminatı
- Servis ximdəti
- İş qrafiki: 09:00-18:00, 5 günlük
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
OBA Marketlər şəbəkəsi
Retail · Baku
OBA Market is a discount grocery retail chain in Azerbaijan, part of the Veyseloglu Group, operating over 1,200 neighborhood stores.
OBA Marketlər şəbəkəsi — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Financial ReportingRisk ManagementLeadership
Financial AnalysisAnalytical skillsTeamwork
AuditingInternal ControlsFinancial Analysis




