Vakansiya haqqında

  • Subroqasiya portfelinin strateji idarə olunmasını təmin etmək, portfeli təhlil etmək, seqmentləşdirmək və geri qaytarılma potensialını artıran yanaşmalar formalaşdırmaq;
  • Subroqasiya üzrə bərpa (recovery) göstəricilərinin artırılması məqsədilə strategiyalar hazırlamaq, biznes hədəflərinə nail olunmasını təmin etmək və nəticələri davamlı izləmək;
  • Mürəkkəb və yüksək məbləğli subroqasiya işləri üzrə danışıqları aparmaq, borclular, sığorta şirkətləri və digər maraqlı tərəflərlə effektiv razılaşmaların əldə olunmasını təmin etmək;
  • Subroqasiya proseslərində hüquqi, maliyyə və əməliyyat risklərini idarə etmək, qanunvericiliyə və daxili tələblərə uyğunluğu təmin etmək;
  • Claims, Hüquq, Maliyyə, Anderraytinq və digər struktur bölmələrlə effektiv əməkdaşlığı və proses koordinasiyasını təmin etmək;
  • Subroqasiya proseslərini təhlil etmək, optimallaşdırmaq və rəqəmsallaşdırma təşəbbüslərinə rəhbərlik etməklə əməliyyat səmərəliliyini artırmaq;
  • Şöbə üzrə əsas performans göstəricilərini (KPI) müəyyən etmək, portfel üzrə nəticələri təhlil etmək və rəhbərliyə analitik hesabatlar və təkliflər təqdim etmək;
  • Xarici tərəfdaşların (kollektor və hüquq şirkətləri və s.) fəaliyyətini qiymətləndirmək və nəticəyönümlü əməkdaşlığı təmin etmək;
  • Şöbənin fəaliyyətini planlaşdırmaq, komandanın inkişafını və yüksək performans mədəniyyətinin formalaşdırılmasını təmin etmək

Xüsusi tələblər

  • Mülki, sığorta və icra qanunvericiliyi üzrə dərin biliklər;
  • Portfel idarəetməsi və məlumatların analitik təhlili bacarığı;
  • Strateji və analitik düşüncə, nəticəyönümlü yanaşma və biznes qərarlarının qəbulu bacarığı;
  • Hüquqi risklərin idarə olunması bacarığı;
  • Liderlik və komandanın idarə olunması bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və problem həll etmə bacarığı;
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, Rus, İngilis.
Təhsil və Təcrübə
  • Hüquq, Maliyyə, İqtisadiyyat, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Rəhbər vəzifədə minimum 2 il və müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Subroqasiya portfelinin idarə olunması, hüquqi mübahisələrin həlli və ya claims recovery sahəsində praktiki təcrübə;
  • Müxtəlif struktur bölmələri və xarici tərəfdaşlarla effektiv əməkdaşlıq və koordinasiya təcrübəsi;
  • Sığorta, hüquq və ya risklərin idarə olunması üzrə beynəlxalq sertifikatlara malik olmaq üstünlükdür.
Müraciət üçün (CV):
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 avqust 2026
Dillər
Azerbaijani, Russian, English

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

LV Logistics MMC
Senior · 5+ il
Maaş göstərilməyib

Layihə göndərmə əməliyyatlarını idarə edir və ən azı 5 il təcrübə tələb olunur.

Project ManagementTransportation ManagementNegotiationLeadership+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Subroqasiya şöbəsinin rəhbəri
Müraciət et