Vakansiya haqqında

Şirkət haqqında: 2016-cı ildən fəaliyyət göstərən Bukhalternative MMC mühasibatlıq, vergi və maliyyə məsləhəti sahəsində ixtisaslaşmış peşəkar konsalting şirkətidir. Müştərilərimizə göstərilən xidmətlərin dəqiqliyini və yüksək keyfiyyətini təmin etmək məqsədilə komandamıza məsuliyyətli və təcrübəli "Vergi üzrə mütəxəssis" axtarırıq.
İş öhdəlikləri:

  • Maliyyə hesabatlarının (Balans, Gəlir və xərclər, Pul axını / Cash Flow və s.) hazırlanması, təhlili və dəqiqliyinin təmin edilməsi;
  • Vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Gəlir vergisi, Sosial sığorta/DSMF və s.) dəqiq hazırlanması və müvafiq dövlət orqanlarına vaxtında təqdim edilməsi;
  • Kameral vergi yoxlamalarını həyata keçirmək, bəyannamələrin düzgünlüyünü yoxlamaq, xətaları müəyyən edərək düzəlişlər etmək və dövlət orqanları ilə müvafiq yazışmaları icra etmək;
  • Vergi yoxlamaları üçün tələb olunan maliyyə və mühasibat məlumatlarını hazırlamaq;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının rəhbərliyə vaxtında təqdim olunması;
  • Mal qalığına müntəzəm nəzarət etmək;
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələri yerinə yetirmək.

Namizədə tələblər:
  • Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • AR Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
  • Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları.

İş şəraiti:
  • İş rejimi: 5 günlük (09:00 - 18:00);
  • Ünvan: Bakı şəhəri, 28 May (Kövkəb Səfərəliyeva küç.);
  • Əməkhaqqı: Rəqabətədavamlıdır (müsahibə zamanı müzakirə olunacaq).

Təklif edirik:
  • Müxtəlif sahələr üzrə praktiki təcrübə;
  • Stabil və uzunmüddətli əməkdaşlıq;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Korporativ iş mühiti və dəstəkləyici komanda.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
14 sentyabr 2026
Son tarix
14 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bukhalternative
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Maliyyə hesabatlarını hazırlayır, vergi bəyannamələrini dəqiqliklə tərtib edir və vergi qanunvericiliyini yaxşı bilir.

Financial ReportingTax declaration preparationTax Legislation KnowledgeMicrosoft Office+4
Müraciət etAsan müraciətAsan müraciət
Agha Financial Services MMC
Middle · 3–5 ilBakı
2 000

Vergi bəyannamələrinin hazırlanması və vergi qanunvericiliyini bilmək tələb olunur.

AccountingFinancial ReportingStatistical ReportingTax declaration preparation+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
1 000–1 500 ₼
Vergilər üzrə mütəxəssis
Müraciət et