AccountingBudgetingCash Management
Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
22 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Şirkətin fəaliyyət istiqamətlərinə uyğun vergi strategiyasını formalaşdırmaq və həyata keçirmək, vergi risklərini idarə etmək;
- Mövcud vergi qanunvericiliyi çərçivəsində sadələşdirilmiş vergi, gəlir vergisi, ƏDV, ÖMV və mənfəət vergisi bəyannamələrinin vaxtında, düzgün və tam şəkildə hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Vergi orqanları və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaları, yoxlamaları və məlumat mübadiləsini idarə etmək;
- Debitor və kreditor borcları üzrə uçotun aparılmasını, qarşılıqlı üzləşmələrin təşkilini və hesabatlılığın təmin edilməsini həyata keçirmək;
- Mühasibatlıq, hüquq, əməliyyat və digər struktur bölmələrinə vergi və fiskal məsələlər üzrə metodiki dəstək və məsləhətlər vermək;
- Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların daxili proseslərə inteqrasiyası ilə bağlı təkliflər hazırlamaq;
- Vergi hesabatları və sənədlərinin audit yoxlamalarına hazırlığını təşkil etmək, uyğunluq risklərini minimuma endirmək;
- ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət etmək;
- Kameral və səyyar vergi yoxlamaları zamanı şirkəti təmsil etmək, müvafiq izahatları hazırlamaq;
- Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət etmək;
- Əməkhaqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət etmək.
Namizədə tələblər
- Maliyyə, mühasibatlıq və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi (rəhbər vəzifədə);
- PMS – Orta və iri sahibkarlıq fəaliyyəti üzrə sertifikata malik olmaq üstünlük hesab edilir;
- Vergi, gömrük, mülki və əlaqəli qanunvericilik üzrə dərin biliklərə malik olmaq;
- Yüksək səviyyədə analitik düşüncə və təhlil bacarıqlarına sahib olmaq;
- Detallara diqqətli, məsuliyyətli, dəqiq və peşəkar yanaşma nümayiş etdirmək.
Təklif edirik
- Əmək bazarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
- Nahar ilə təminat;
- Könüllü tibbi sığorta paketi;
- Korporativ mobil nömrə və aylıq danışıq limiti.
Şirkət haqqında
Decoliv
Topdansatış və pərakəndə ticarət
Decoliv – müştərilərə zövqlü interyer və dekorativ əşyalar, mətbəx və ev aksesuarları, həmçinin sezon və hədiyyəlik məhsullar təqdim edən yerli retail konseptidir. Şirkət Veysəloğlu Şirkətlər Qrupuna daxildir və “Vey Non-Food” MMC hüquqi adı ilə fəaliyyət göstərir. Qısa müddətdə genişlənən Decoliv mağazalar şəbəkəsi, ölkənin müxtəlif şəhərlərində açılan mağazaları ilə müştəriyə yaxın, rahat və zövqlü alış-veriş mühiti təqdim edir.
Decoliv — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AccountingAnalytical ThinkingAudit Support
1C SoftwareAccounting standardsBudget Planning
AccountingFinancial ReportingFixed Assets Management




