Şirkətin xərclərinə nəzarət edir və 1C proqramında maliyyə təhlili aparır, 2-3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
Büdcələşdirmə və planlaşdırma
- İllik, rüblük və aylıq xərc büdcələrinin hazırlanmasında iştirak etmək və koordinasiya etmək
- Büdcə layihələrini struktur bölmələrdən toplayıb konsolidasiya etmək
- Büdcə limitlərini 1C ERP sistemində qurmaq və yeniləmək
- Proqnozların (forecast) hazırlanması və yenilənməsi
Xərclərin nəzarəti və təhlili
- Faktiki xərclərin büdcə ilə müqayisəsi (plan-fakt təhlili) və kənarlaşmaların səbəblərinin araşdırılması
- Xərc mərkəzləri (cost center) və xərc maddələri üzrə nəzarət
- Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
- Büdcədənkənar və limiti aşan xərclərin aşkarlanması və rəhbərliyə məlumat verilməsi
Maya dəyəri
- Məhsul/xidmət üzrə maya dəyərinin hesablanması və təhlili
- Birbaşa və dolayı xərclərin bölüşdürülməsi (allokasiya)
- Standart və faktiki maya dəyərinin müqayisəsi
1C ERP üzrə işlər
- 1C ERP sistemə nəzarət və səhv yaradılmış sorğuların düzəlişi üçün sistem admin və user arası koordinasiyanın təşkili
- Xərc və büdcə məlumatlarının 1C ERP-də düzgün və vaxtında qeydiyyatına nəzarət
- Büdcə sənədlərinin, sorğuların və müqavilələrin büdcə uyğunluğunun yoxlanması
- 1C-dən hesabatların çıxarılması və təhlili
- Analitik uçot elementlərinin (xərc maddələri, layihələr, mərkəzlər) idarə edilməsi
Hesabatlıq
- Aylıq/rüblük xərc və büdcə icra hesabatlarının hazırlanması
- Rəhbərlik üçün dashboard və analitik təqdimatlar
- Maliyyə şöbəsi, mühasibatlıq və digər bölmələrlə məlumat uyğunlaşdırması
- Audit və daxili yoxlamalar üçün sənədlərin təqdim edilməsi
Namizədə tələblər (təklif)
- Ali təhsil (maliyyə, mühasibat, iqtisadiyyat, biznes idarəetməsi)
- Cost controlling, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində ən azı 3 il təcrübə
- 1C ERP sistemində (büdcə modulu) təcrübə
- Excel biliyi (Pivot, VLOOKUP/XLOOKUP, formullar), Power BI bilikləri üstünlükdür
- MHBS/IFRS və Azərbaycan mühasibat uçotu standartlarının bilinməsi
- Analitik düşüncə, diqqətlilik, hesabat hazırlama bacarığı
- İngilis və rus dili biliyi (sənədlər və hesabatlar üçün)
- CMA, ACCA, CIMA kimi sertifikatlar üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
"Crystal Accfin" MMC — 2019-cu ildə maliyyə və mühasibatlıq sahəsində 18 ildən artıq təcrübəyə malik, ACCA və PMS sertifikasiyalarına sahib Rauf Yusifov tərəfindən peşəkar mühasiblərdən ibarət komanda ilə yaradılmışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Minimum 3 il təcrübə tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keç1C ERP (büdcə modulu), Excel və Power BI bilikləri tələb olunur.
Ali təhsil maliyyə, mühasibat, iqtisadiyyat və ya biznes idarəetməsi sahələrindən olmalıdır.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarXərclər üzrə nəzarətçi üzrə Bakıda digər açıq elanlar.
Layihə xərclərinə nəzarət edir və maliyyə planlaması üzrə minimum 1 il təcrübəsi var.
Tikinti layihələrinin xərclərinə nəzarət edir, büdcə və smeta sənədlərini idarə etməyi bacarır.
Məhsul resepturalarını hazırlayır, maya dəyərini hesablayır və ERP sistemində məlumatları idarə edir.




