Vakansiya haqqında

Xərclərə Nəzarət üzrə Mühəndis layihənin sahə üzrə bütün xərc fəaliyyətlərinin monitorinqi, idarə edilməsi və hesabatlandırılmasına cavabdeh olacaq. Bu rol layihənin maliyyə göstəricilərinin dəqiq izlənilməsini, kənarlaşmaların vaxtında müəyyən edilməsini və büdcənin qorunması üçün düzəldici tədbirlərin həyata keçirilməsini təmin edir. Vəzifə sahə komandasının, podratçıların, satınalma, maliyyə və Baş ofis Layihə İdarəetmə komandası ilə sıx koordinasiya tələb edir.

Əsas Öhdəliklər:

1. Büdcə və Xərc İdarəetməsi

  • Təsdiqlənmiş həcmlər, işin əhatə dairəsi və müqavilə şərtlərinə uyğun olaraq layihə büdcələrinin hazırlanmasına dəstək olmaq.
  • Layihə üzrə Cost Breakdown Structure (CBS) sənədini idarə etmək və yeniləmək.
  • Faktiki xərcləri planlaşdırılmış büdcə ilə həftəlik/aylıq müqayisə etmək.
  • Sahə irəliləyişi və gözlənilən dəyişikliklərə əsasən cost-to-complete (CTC) proqnozları hazırlamaq.
  • Potensial büdcə aşımalarını müəyyən edərək düzəldici tədbirləri tövsiyə etmək.
  • Öhdəliklər, fakturalar və ödənişlərin Maliyyə qeydlərinə uyğun izlənilməsini təmin etmək.

2. Xərcə Nəzarət və Monitorinq

  • Ətraflı commitment register aparmaq və bütün müqavilələri və satınalma sifarişlərini izləmək.
  • Material təchizatı, subpodratçı irəliləyişi, işçi qüvvəsi və digər xərc amillərini monitorinq etmək.
  • Xərclə bağlı işlərin irəliləyişinin dəqiqliyini təsdiqləmək.
  • Podratçıların cost report-larının təsdiqlənmiş cədvəllər və BoQ həcmləri ilə uyğunluğunu yoxlamaq.
  • Layihə dashboard-ları üçün gündəlik/həftəlik məlumatlar təqdim etmək.

3. Podratçı Ödənişləri və Verifikasiya

  • IPC-ləri (Interim Payment Certificate) idarəetmə təsdiqindən əvvəl nəzərdən keçirmək.
  • Faktura məbləğlərinin dəqiqliyini təmin etmək üçün sahədə həcmlərin yoxlanılması.
  • QS komandası ilə ölçülərin, dəyişikliklərin və tariflərin təsdiqlənməsi üzrə əməkdaşlıq.
  • Müqavilə şərtlərinə uyğunluğun təmin edilməsi.

4. Dəyişiklik və Variasiya İdarəetməsi

  • Change Request (CR) və Variation Order (VO) sənədlərinin qeydiyyatı və idarə olunması.
  • Xərc təsiri üzrə ilkin qiymətləndirmə aparmaq və Baş ofisə dəstək vermək.
  • Təsdiqlənmiş dəyişikliklərin büdcə və hesabatlara inteqrasiya olunmasını təmin etmək.
  • Dəyişikliklərlə bağlı bütün sənədlərin şəffaf audit izinin saxlanılması.

5. Hesabatlılıq və Sənədləşmə

Həftəlik və aylıq Xərc Hesabatlarının hazırlanması:

  • Büdcə / Fakt
  • Öhdəliklər və akruallar
  • Forecast Final Cost (FFC)
  • Variasiya siyahıları
  • Cash flow yeniləmələri

Bütün sənədlərin və qeydlərin auditə hazır şəkildə saxlanılması.

6. Satınalma və Müqavilə Koordinasiyası

  • Satınalma prosesinə xərc məlumatları, büdcə uyğunluğu və CBS əsasında dəstək vermək.
  • Tenderlərin kommersiya hissələrinin büdcə ilə uyğunluğunu yoxlamaq.
  • Müqavilə üzrə maliyyə öhdəliklərini izləmək.

7. Risk, Uyğunluq və Nəzarət

  • Xərc risklərini müəyyən etmək və risk reyestrinə daxil etmək.
  • Ödənişlərin və dəyişikliklərin daxili siyasətlərə uyğunluğunu təmin etmək.
  • Auditlər üçün lazımi sənədləşmə təqdim etmək.
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 iyul 2026
Son tarix
27 avqust 2026

Şirkət haqqında

PASHA Real Estate
Real Estate · Baku
PASHA Real Estate — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

MEC Design MMC
Senior · 5+ il
Maaş göstərilməyib

Tikinti və fit-out layihələrini idarə edir, 5 il təcrübə və güclü idarəetmə bacarığı tələb olunur

Construction ManagementCost ControlQuality ControlLeadership+9
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Xərclərə nəzarət üzrə mühəndis
Müraciət et