Şirkətin brend strategiyasını idarə edir və FMCG sahəsində 5 il təcrübəsi var
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Şirkətin uzunmüddətli marketinq və brend strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Premium brend strategiyasının formalaşdırılması və istehlakçı təcrübəsinin inkişaf etdirilməsi;
- Süd və süd məhsulları kateqoriyası üzrə bazar araşdırmaları, istehlakçı davranışları və rəqib analizlərini həyata keçirmək;
- Şirkətin məhsul kateqoriyaları üzrə inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Məhsul portfelinin inkişafı, yeni məhsulların dizaynı, bazara çıxarılması və mövqeləndirilməsi proseslərini idarə etmək;
- Marketinq büdcəsinin hazırlanması və idarə olunması;
- Satış komandası ilə sıx əməkdaşlıq edərək satış hədəflərinin reallaşdırılmasına dəstək vermək;
- Müştəri loyallığının artırılmasına yönəlmiş təşəbbüslərin hazırlanması və idarə edilməsi;
- Brend göstəricilərini və bazar dinamikasını müntəzəm təhlil edərək rəhbərliyə hesabatlar təqdim etmək.
- Bazar payının artırılması məqsədilə yeni satış və təşviq imkanlarının müəyyənləşdirilməsi;
- Satış komandasının fəaliyyətinin təşkili, inkişafı və performansının qiymətləndirilməsi;
Namizədə tələblər
- Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- FMCG sektorunda, üstünlük olaraq qida və ya süd məhsulları sahəsində minimum 5 il iş təcrübəsi;
- Brend idarəçiliyi və məhsul marketinqi sahəsində uğurlu layihələr üzrə təcrübə;
- Marketinq strategiyalarının hazırlanması və icrasında praktiki biliklər;
- Güclü analitik və strateji düşünmə qabiliyyəti;
- Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları;
- Azərbaycan və rus dilində mükəmməl danışıq, ingilis dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
- Xanım namizəd
Təklif edirik
- Bazar səviyyəsinə uyğun rəqabətli əməkhaqqı və motivasiya sistemi;
- Böyüməkdə olan premium qida brendinin inkişafında iştirak etmək imkanı;
- Nahar şirkət tərəfindən təmin edilir
- Ünvan: Binəqədi yolu 100
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
FMCG sektorunda, üstünlük olaraq qida və ya süd məhsulları sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı tələb olunur.
Azərbaycan və rus dillərində mükəmməl danışıq, ingilis dili biliyi üstünlük hesab olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBrend meneceri üzrə Bakıda digər açıq elanlar.
Marketinq strategiyasını hazırlayır, brendin inkişafını idarə edir və komandanı yönəldir.
Əmlak layihələri üçün marketinq strategiyasını idarə edir və 5-7 il təcrübəyə malikdir.
Brend strategiyasını idarə edir və kommunikasiya kampaniyalarını koordinasiya edir, ən azı 3 il təcrübə tələb olunur.




