Şirkətin ictimaiyyətlə əlaqələrini idarə edir və media ilə iş bacarıqları tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Şirkətin fəaliyyəti və məhsulları haqqında daxili və xarici kommunikasiya kanalları üçün press-relizlər, çıxış nitqləri, məqalə, reklam mətnləri, bloq yazıları və vebsayt məzmunlarının yazılması, ehtiyac olduqda redaktə edilməsi;
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- PR materiallarının KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
- PR layihələri ilə bağlı video və foto çəkilişlərinin təşkili və idarə edilməsi;
- PR layihələrinin büdcələndirilməsində iştirak edilməsi;
- KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
- Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak və böhran kommunikasiyalarının effektiv idarə edilməsi;
- Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
- Əməkdaşlara yönəlik PR layihələri ilə bağlı Daxili kommunikasiya strategiyasının tətbiqində iştirak edilməsi;
- Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsinə dəstək göstərilməsi;
- Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının bazara salınması və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyaların təklif edilməsi;
- Tədbirlərin təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri, təqdimatlar və s.)
- Podratçı şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi;
- Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Kommunikasiya və təqdimat bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
- Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Kontakt Home — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
PR və marketinq planlaması və icrası ilə məşğul olur, strateji düşünmə və kommunikasiya bacarığı tələb olunur
Təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssis satınalma və tədarük proseslərini idarə edir, ən azı 3-4 il təcrübə tələb olunur.
Satınalma müqavilələrinin idarə edilməsini və xərclərin nəzarətini həyata keçirir, analitik bacarıq tələb olunur.



