Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 000 ₼
Yerləşdirilib
20 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
21 avqust 2026

Vakansiya haqqında

Vəzifələr və məsuliyyətlər: Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi; Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması; Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi; Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; Digər şöbələr və ya heyətlər ilə sıx əlaqə; SMM komandasına və dizaynerə tapşırıqlar vermək və koordinasiya etmək; Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət etmək; SEO uyğun mətnlərin hazırlanmasına nəzarət etmək (sayt üçün); ⁠SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmək. Tələb edilən bacarıqlar və təhsil: Marketinq, media və ya uyğun sahə üzrə ali təhsil; Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə minimum 3 il iş təcrübəsi; Portfolio (Video kontent üzrə və ya blog üzrə arzuolunandır); Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi; Rus dili və İngilis dili əlavə üstünlükdür; Təqdimat etmə bacarığı; Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı; Məzmunun cəlbedicilik səviyyəsini müəyyən etmək üçün analiz qabiliyyəti; Yüksək səviyyədə yazılı ünsiyyət bacarıqları. İş şəraiti Əmək haqqı: 800–1000 AZN İş qrafiki: 5 günlük iş qrafiki. İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.

Şirkət haqqında

MY GROUP HOLDİNG MMC
Holding Companies · Baku

MyGroup Holding is a Baku-based diversified group with interests in retail and wholesale electronics, information technology, marketing and real estate.

MY GROUP HOLDİNG MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
800–1 000 ₼
Kontent menecer
Müraciət et