Vakansiya haqqında
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Kontent menecer vakansiyasını elan edir.
Komandamızın əsas hərəkətverici qüvvəsini təşkil edən gənc və dinamik mühitimizə qoşularaq, bizimlə birlikdə böyümək və uğur qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
Vəzifə öhdəlikləri:
- Sosial media platformaları (Instagram, TikTok, Facebook, LinkedIn və s.) üçün aylıq kontent planının hazırlanması və idarə olunması;
- Post, story, reels və digər formatlarda kreativ kontentlərin yaradılması;
- Məhsul və ya xidməti düzgün ifadə edən, cəlbedici və satışyönümlü post mətnlərinin yazılması;
- Yeniliklərin izlənməsi və yeni strategiyaların tətbiqi;
- Sosial media hesablarının inkişaf dinamikasının izlənməsi, hesabatların verilməsi və təkmilləşdirmə üzrə təkliflərin irəli sürülməsi.
Tələblər:
- Sosial media, rəqəmsal marketinq və kontent idarəçiliyi sahəsində təcrübə mütləqdir;
- Kreativ yanaşma qabiliyyəti və qlobal/yerli sosial media trendlərini mütəmadi izləmək;
- Platformaların (xüsusilə Instagram və TikTok) işləmə alqoritmləri barədə məlumatlılıq;
- Video çəkiliş və müvafiq proqramlarda (CapCut, Canva və s.) montaj bacarıqları;
- Azərbaycan dilində mükəmməl səlis yazı və ünsiyyət bacarığı;
- Komandada işləmək, detallara diqqət yetirmək və vaxtı effektiv idarə etmək bacarığı;
- Namizədin əvvəllər icra etdiyi işləri özündə əks etdirən portfolio mütləqdir.
Maraqlanan namizədlər linkə daxil olaraq müraciət edə bilərlər: https://shorturl.at/DfUTI
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kontent meneceri üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 850 ₼.
11 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kontent meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş Bakıda, Bakı İqtisadi Zonasında yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı barədə məlumat verilməyib.
Namizəd portfoliolu CV təqdim etməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçBu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKontent meneceri üzrə Bakıda digər açıq elanlar.
Sayt və sosial mediada kontentin idarə olunması və yenilənməsi bacarığı tələb olunur.
Sosial media üçün kontent yaradır və SMM sahəsində təcrübə qazanır, kreativ düşüncə tələb olunur.
Reels və video kontent hazırlayır, Canva və AI alətlərindən istifadə bacarığı tələb olunur.




