Vakansiya haqqında

ABV komandasına Kreativ Kopirayter axtarılır

Marketinq komandamıza texnologiyaya marağı olan, yaradıcı düşünən və fərqli platformalar üçün güclü mətnlər hazırlaya bilən "Kreativ Kopirayter" axtarırıq.

Bu rolda əsas məqsəd texniki məhsul və həlləri aydın, oxunaqlı və cəlbedici məzmuna çevirmək, ABV-nin brend kommunikasiya dilini daha da gücləndirməkdir.

Əsas vəzifələr:

  • Sosial media, veb-sayt, landing page və reklam materialları üçün mətnlər hazırlamaq
  • Məhsul təsvirləri və texniki həlləri sadə, anlaşılan dildə təqdim etmək
  • Hikvision, TP-Link, Sonoff və digər məhsul xətləri üzrə məzmunların hazırlanmasında iştirak etmək
  • Kontent təqvimi üzrə mətnlərin hazırlanması və redaktəsini həyata keçirmək
  • Dizayn komandası ilə birlikdə mətn və vizual uyğunluğunu təmin etmək

Namizəddən gözləntilərimiz:

  • Kopiraytinq və ya kontent yazarlığı üzrə 2–5 il iş təcrübəsi
  • Sosial media, veb, reklam və e-poçt mətnləri üzrə portfolio
  • Texniki mövzuları sadə dildə izah etmək bacarığı
  • SEO əsasları üzrə biliklər
  • Azərbaycan dilində güclü yazı bacarığı
  • Detallara diqqət və redaktə bacarığı
  • İngilis dili biliyi üstünlükdür

Təklif etdiyimiz imkanlar:

  • Rəsmi işə qəbul
  • 5 günlük iş rejimi: 09:00–18:00
  • Böyük texnologiya brendləri ilə işləmək imkanı
  • Peşəkar inkişaf və öyrənmə imkanları

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Kreativ Kopirayter” qeyd olunmalıdır.

Yerləşmə
Bakı
Təcrübə
2–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 sentyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
10 oktyabr 2026

Şirkət haqqında

ABV
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Baku

Araznet ”MMC" mənsub olduğu fəaliyyət sahəsində Azərbaycan bazarında qabaqcıl şirkətlərdən biridir. Araznet ”MMC" 01.08.2014 tarixindən fəaliyyətə başlamışdır.

ABV — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kreativ kopirayter
Müraciət et