Vakansiya haqqında

Şirkət haqqında

Sapiens Pay bizneslərə, sahibkarlara və frilanserlərə beynəlxalq bazarlara çıxmaqda kömək edir. Şirkət Wise, Payoneer və Shopify Payments kimi beynəlxalq ödəniş hesablarının açılması, xaricdə şirkətlərin qeydiyyatı və ödəniş sistemlərinin qurulması üzrə xidmətlər göstərir.

Hazırda komandamızı genişləndiririk və sosial şəbəkələrdə, biznes qruplarında və peşəkar platformalarda potensial müştərilər tapacaq Müştəri cəlbetmə üzrə mütəxəssis axtarırıq.

Şərtlər:

  • İş rejimi: uzaqdan;
  • İstəyə əsasən Bakı şəhərində yerləşən ofisdən işləmək imkanı;
  • İş qrafiki: həftənin 5 günü, saat 10:00-dan 18:00-dək;
  • Əmək haqqı: 400 AZN-dən başlayır;
  • Nəticələrə əsaslanan əlavə bonus sistemi;
  • Aylıq ümumi gəlir performansdan asılı olaraq 1500 AZN-dək arta bilər;
  • İlk gündən işləməyə imkan verən təlim, hazır iş prosesi və satış materialları;
  • Şirkət daxilində inkişaf və karyera yüksəlişi imkanı.

Bu vəzifədə əməkdaşın əsas işi məhsulu birbaşa satmaq deyil, uyğun potensial müştəriləri tapmaq, onlarla ilkin əlaqə qurmaq və maraqlı müştəriləri satış menecerinə yönləndirməkdir.

Vəzifə öhdəlikləri

  • Facebook, Telegram, WhatsApp, LinkedIn, Instagram və digər platformalarda potensial müştərilərin axtarılması;
  • Sahibkarlar, frilanserlər, marketoloqlar və biznes sahibləri ilə ilkin əlaqənin qurulması;
  • Potensial müştərinin ehtiyacının öyrənilməsi və xidmətlərimizə uyğunluğunun müəyyən edilməsi;
  • Müştəriyə xidmətlərimiz haqqında ilkin məlumatın təqdim edilməsi;
  • Maraqlı və uyğun müştərilərin satış menecerinə yönləndirilməsi;
  • Tapılan və yönləndirilən müştərilərin sadə uçotunun aparılması;
  • Görülən işlər və nəticələr haqqında mütəmadi məlumat verilməsi.

Tələblər

  • Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Sosial şəbəkələrdən və mesajlaşma platformalarından aktiv istifadə bacarığı;
  • İnsanlarla rahat ünsiyyət qurmaq və ilk əlaqəni yaratmaq bacarığı;
  • Səlis, düzgün və anlaşılan şəkildə yazmaq bacarığı;
  • Məsuliyyətli, nəticəyönümlü və öyrənməyə açıq olmaq;
  • Müstəqil şəkildə işləməyi və işini planlaşdırmağı bacarmaq;
  • Satış, B2B satış və müştəri cəlbetmə sahəsində inkişaf etmək istəyi;
  • Satış və ya müştəri cəlbetmə təcrübəsi üstünlükdür, lakin məcburi deyil.
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
400–1 500 ₼
Yerləşdirilib
4 avqust 2026
Dillər
Azerbaijani, Russian

Şirkət haqqında

Sapiens Pay
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex · Baku

Beynəlxalq ödəniş sistemləri, xarici biznes hesablarının açılması və biznes xidmətləri

Sapiens Pay — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Superfon
Middle · 2–3 il
Maaş göstərilməyib

Home Decor kateqoriyası üzrə məhsul portfelini idarə edir və analitik bacarıq tələb olunur

ProcurementFinancial AnalysisNegotiationMarket Analysis+12
Müraciət etAsan müraciətAsan müraciət
HUMAN Lab
Senior · 2–3 ilBakı
Maaş göstərilməyib

Müştəri hesablarını idarə edir, məzmun planlaşdırır və yaradıcı ideyalar inkişaf etdirir, 2-3 il təcrübə tələb olunur.

Account ManagementContent PlanningSocial MediaCopywriting+6
Müraciət et
Airswift
Manager · 5+ ilBakı
Maaş göstərilməyib

Layihənin büdcə və risklərini idarə etmək üçün layihə nəzarət sistemini qurur və idarə edir.

Cost ControlPlanningRisk ManagementTeam Supervision+7
Müraciət et
Bütün oxşar vakansiyalar
400–1 500 ₼
Müştəri cəlbetmə üzrə mütəxəssis
Müraciət et