Marketinq mütəxəssisi

Estet

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
22 iyul 2026

Vakansiya haqqında

İş yeri: Bakı, Azərbaycan

Vəzifə öhdəlikləri

  • Şirkətin brend mövqeyinin gücləndirilməsi və biznes inkişafının dəstəklənməsi məqsədilə marketinq strategiyasının hazırlanması və icrası;
  • Şirkətin MEP mühəndislik xidmətlərinin rəqəmsal və ənənəvi marketinq kanalları vasitəsilə tanıdılması;
  • Veb-saytın yenilənməsi, sosial media idarəçiliyi, e-mail marketinq kampaniyaları və reklam fəaliyyətləri daxil olmaqla rəqəmsal marketinq proseslərinin idarə olunması;
  • Yeni biznes imkanlarının və bazarda mövqelənmə strategiyalarının müəyyənləşdirilməsi üçün bazar və rəqib təhlillərinin aparılması;
  • Marketinq materiallarının, təqdimatların və reklam məzmunlarının hazırlanması;
  • Potensial müştərilərin cəlb edilməsi və yeni müştəri qazanılması istiqamətində fəaliyyətlərin dəstəklənməsi;
  • Sərgilərdə, sənaye tədbirlərində və B2B şəbəkələşmə fəaliyyətlərində şirkətin iştirakının koordinasiyası;
  • Marketinq fəaliyyətlərinin effektivliyinin ölçülməsi.
  • Sosial media platformaları, korporativ veb-sayt, sərgilər, məhsul təqdimatları, reklam kampaniyaları və digər marketinq kanalları üçün marketinq məzmununun hazırlanması, idarə edilməsi və davamlı olaraq yenilənməsinin təmin edilməsi;

Tələblər

  • Marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Tikinti, mühəndislik, B2B xidmətlər və ya MEP sektorunda təcrübə üstünlük hesab olunur;
  • Rəqəmsal marketinq alətləri və brend idarəetmə prinsipləri üzrə biliklər;
  • Güclü analitik düşüncə və kommunikasiya bacarıqları;
  • Marketinq məzmununun hazırlanması və idarə olunması bacarığı;
  • Azərbaycan və İngilis dillərini sərbəst bilmək (Rus dili üstünlükdür);
  • Məsuliyyətli, təşəbbüskar, təşkilatçılıq qabiliyyətinə malik və nəticəyönümlü olmaq.

Təklif edirik

  • İnkişaf etməkdə olan mühəndislik şirkətində çalışma imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri;
  • Mürəkkəb və əhəmiyyətli layihələrdə iştirak imkanı;
  • İş həftə içi 5 gün 09:00 – 18:00
  • Əmək haqqı razılaşma yolu ilə

Şirkət haqqında

Estet
Elektrik enerjisi istehsalı, Kommunal xidmətlər, energetika və bərpa olunan enerji

ESTET MMC 1997-ci ildən bəri Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. Son illərdə şirkətimiz fəaliyyət sferasını genişləndirərək yüksək texnoloji avadanlıqların satışı və texniki servis xidmətini göstərməyə başlamışdır. Şirkətimiz EMSA, MAKELSAN, LANDE, EMERSON/ VERTİV, ALFAMAX, ALFAFONET, EXCEL, 3M, ÜNTES, TRANE, ASSMANN/ DIGITUS, NORM, BSMİ, LU-VE GROUP, TALES ANALİTİK, ALCAD, HASSA, ETK KABLO şirkətlərinin rəsmi distribyutoru və partnyorudur. Bundan əlavə ESTET MMC Avropa və Türkiyənin bir çox istehsalçı şirkətləri ilə də əməkdaşlıq edir. Şirkətimiz elektrik və mexanika sahəsindəki beynəlxalq və yerli partnyorları ilə əməkdaşlığı sayəsində yenidənqurma və inşaat layihələrində gərəkli olan bütün elektrik, mexanika və yüksək texnoloji avadanlıqlara çox uyğun təkliflər verə bilir. Bundan başqa şirkətimiz bir çox böyük proyektlərdə “açar təslimi”, elektrik və data, yanğından mühafizə və ventilyasiya sistemləri, laboratoriya avadanlıqlarının satışı, quraşdırılması və servisi işləri də görür.

Estet — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Marketinq mütəxəssisi
Müraciət et