Marketinq üzrə Mütəxəssis

Azera Holding

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 200–1 200 ₼
Yerləşdirilib
22 iyul 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
22 avqust 2026

Vakansiya haqqında

“AZERA Holding”-in tərkibində fəaliyyət göstərən “Tornado-Ş” QSC komandasına Marketinq üzrə Mütəxəssis axtarır!

Əgər marketinq sahəsində təcrübəniz varsa, kreativ düşünür, nəticəyönümlü işləyir və brendin inkişafına töhfə vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasının hazırlanması, icrası və inkişaf etdirilməsi;
  • Marketinq kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
  • Müxtəlif platformalar üzrə vizual və reklam materiallarının hazırlanmasının koordinasiyası;
  • Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin təşkili;
  • Bazar araşdırmalarının aparılması, rəqiblərin təhlili və təkliflərin hazırlanması;
  • Marketinq fəaliyyətləri üzrə mütəmadi hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Marketinq və ya uyğun sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Rəqəmsal və ya ənənəvi marketinq üzrə sertifikatların olması üstünlükdür;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlük hesab olunur);
  • MS Office və dizayn proqramları ilə işləmə bacarığı;
  • Analitik düşüncə, kreativ yanaşma və detallara diqqət.
  • CRM platformalarında məlumatların idarə edilməsi və hesabatların hazırlanması bacarığı;

Biz təklif edirik:

  • Əmək haqqı: 1200 AZN (net);
  • 5 günlük iş qrafiki (09:00–18:00);
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar komandada çalışma və karyera inkişafı imkanı.

Müraciət üçün namizədlər CV-lərini "Marketinq üzrə mütəxəssis" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

“AZERA Holding” komandasında karyeranızı bizimlə inkişaf etdirin!

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 200–1 200 ₼
Marketinq üzrə Mütəxəssis
Müraciət et