Marketinq strategiyasını hazırlayır, rəqəmsal marketinq və reklam kampaniyalarını idarə edir, 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Arzum Beauty House-dən vakansiya: Marketinq layihə meneceri tələb olunur
Vəzifə öhdəlikləri:
- Mağazadaxili reklam materiallarının hazırlanması və yerləşdirilməsi
- POSM materialları — stend, wobler, stopper, shelf talker, banner, poster, vitrin materialları və digər reklam daşıyıcıları ilə işləmək
- Mağaza kampaniyalarının, mövsümi aksiyaların, məhsul təqdimatlarının və satış dəstəkləyici fəaliyyətlərin planlaşdırılması və icrası
- Tədbirlərin ideyadan icraya qədər planlaşdırılması, koordinasiyası və idarə olunması
- Açılışlar, məhsul təqdimatları, müştəri günləri, korporativ və promo tədbirlərin təşkili
- Tədbirlər üzrə büdcənin hazırlanması, xərclərin izlənilməsi və optimallaşdırılması
- Tədarükçülərlə illik marketinq razılaşmalarının idarə olunması və icrasına nəzarət
- Podratçılar, çap evləri, istehsalçılar, dekorasiya, texniki və digər xidmət təminatçıları ilə işləmək
- POS materiallarının istehsalı, keyfiyyətinə nəzarət, vaxtında təhvil verilməsi və mağazalara düzgün yerləşdirilməsinin koordinasiyası
- Marketinq kampaniyaları çərçivəsində mağazalarla operativ kommunikasiya qurmaq və icra prosesinə nəzarət etmək
- Tədbir və kampaniyalar üçün kreativ ideya və konseptlər hazırlamaq
- Kampaniyaların və tədbirlərin nəticələrini izləmək, hesabat hazırlamaq və təkmilləşdirmə təklifləri vermək
- Bir neçə layihəni eyni vaxtda idarə etmək, prioritetləri düzgün müəyyənləşdirmək və deadline-lara əməl etmək
Namizədlərə tələblər:
- Təhsil: Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, PR, Kommunikasiya və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür).
- İş təcrübəsi: POS marketinq, retail marketinq, trade marketing və ya tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi
- Mağazadaxili reklam materiallarının hazırlanması və yerləşdirilməsi prosesləri üzrə praktiki biliklər.
- POSM materialları — stend, wobler, stopper, shelf talker, banner, poster, vitrin materialları və digər reklam daşıyıcıları ilə işləmək təcrübəsi.
- Mağaza kampaniyalarının, mövsümi aksiyaların, məhsul təqdimatlarının və satış dəstəkləyici fəaliyyətlərin planlaşdırılması və icrası bacarığı.
- Tədbirlərin ideyadan icraya qədər planlaşdırılması, koordinasiyası və idarə olunması təcrübəsi.
- Açılışlar, məhsul təqdimatları, müştəri günləri, korporativ və promo tədbirlərin təşkili üzrə təcrübə.
- Tədbirlər üzrə büdcənin hazırlanması, xərclərin izlənilməsi və optimallaşdırılması bacarığı.
- Şirkətin reklam yerləri üzrə satışlarının təşkili və marketinq gəlirlərinin hesabatlılığı
- Tədarükçülərlə illik marketinq razılaşmalarının idarə olunması və icrasına nəzarət
- Podratçılar, çap evləri, istehsalçılar, dekorasiya, texniki və digər xidmət təminatçıları ilə işləmək bacarığı.
- POS materiallarının istehsalı, keyfiyyətinə nəzarət, vaxtında təhvil verilməsi və mağazalara düzgün yerləşdirilməsinin koordinasiyası.
- Marketinq kampaniyaları çərçivəsində mağazalarla operativ kommunikasiya qurmaq və icra prosesinə nəzarət etmək bacarığı.
- Brend standartlarına uyğun vizual təqdimat və mağazadaxili kommunikasiya prinsipləri üzrə anlayış.
- Tədbir və kampaniyalar üçün kreativ ideya və konseptlər hazırlamaq bacarığı.
- Kampaniyaların və tədbirlərin nəticələrini izləmək, hesabat hazırlamaq və təkmilləşdirmə təklifləri vermək bacarığı.
- Bir neçə layihəni eyni vaxtda idarə etmək, prioritetləri düzgün müəyyənləşdirmək və deadline-lara əməl etmək bacarığı.
- Yüksək təşkilatçılıq, koordinasiya və problem həll etmə bacarığı.
- Detallara diqqətli, operativ, məsuliyyətli və nəticəyönümlü olmaq.
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı.
- Komanda ilə işləmək və müxtəlif struktur bölmələri ilə effektiv əməkdaşlıq qurmaq bacarığı.
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı.
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində işlək biliklər üstünlükdür.
- Retail və beauty/FMCG sektorunda iş təcrübəsi üstünlükdür.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 1000 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyada qeyd olunan yaş, cins və ya digər xüsusi meyarlar yalnız işəgötürənin tövsiyə etdiyi və arzuolunan parametrləridir, qəti məhdudiyyət və ya tələb xarakteri daşımır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək münasibətlərində ayrı-seçkiliyə yol verilmir. Elanın məzmununun doğruluğuna və qanunauyğunluğuna görə tam hüquqi məsuliyyəti elanı yerləşdirən işəgötürən daşıyır.
5/5 - (1 səs)Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Marketinq meneceri üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
25 açıq vakansiya, 36 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki 5 günlük, iş vaxtı 09:00-dan 18:00-kimi təşkil olunur.
POS marketinq, retail marketinq, trade marketing və ya tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİş Bakıda yerləşir.
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq meneceri üzrə digər açıq elanlar.
Mağazadaxili və xarici kommunikasiya materiallarını planlayır və marketinqdə minimum 2 il təcrübəsi var
Brendin marketinq strategiyasını hazırlayır və FMCG sahəsində təcrübə tələb edir.
Rossmann mağazaları üçün Trade Marketinq strategiyasını hazırlayır və satış təşviqi mexanikalarını idarə edir





