Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Mövcud marketinq strategiyası və biznes hədəflərinə uyğun marketinq fəaliyyətlərinin planlaşdırılması və icrasının təmin edilməsi;
  • Marketinq kampaniyalarının və müxtəlif marketinq layihələrinin brief mərhələsindən yekun icraya qədər planlaşdırılması, koordinasiyası və nəticələrinin təhlili;
  • Brendin əsas kommunikasiya mesajlarının sosial media, influencer, PR, mağazadaxili kommunikasiya, ATL, BTL və digər kanallarda düzgün və ardıcıl tətbiqinin təmin edilməsi;
  • Mövcud kommunikasiya kanallarının və marketinq resurslarının layihənin məqsədinə uyğun dəyərləndirilməsi və effektiv istifadəsinin planlaşdırılması;
  • Kontent, kreativ konsepsiya və kommunikasiya materiallarının hazırlanması prosesinin koordinasiyası, onların əsas məqsəd və mesajla uyğunluğuna nəzarət;
  • Agentliklər, influencerlər, istehsalçılar və digər xarici tərəfdaşlarla işlərin koordinasiyası;
  • Marketinq layihələrinin büdcə, vaxt, prioritet və keyfiyyət tələblərinə uyğun icrasının təmin edilməsi;
  • Kampaniya və layihələrin nəticələrinin təhlili, uğurlu və zəif tərəflərin müəyyən edilməsi və növbəti fəaliyyətlər üçün təkliflərin hazırlanması;
  • Bazar, rəqib və istehlakçı davranışlarının izlənilməsi və əldə olunan məlumatların marketinq fəaliyyətlərində nəzərə alınması;
  • Şirkətin digər şöbələri ilə koordinasiyalı əməkdaşlığın təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (Marketinq, biznes idarəçiliyi, kommunikasiya və ya əlaqəli sahədə);
  • Marketinq kommunikasiyası, kampaniya və ya marketinq layihələrinin idarə edilməsi üzrə minimum 3 il praktiki iş təcrübəsi;
  • Marketinq və kommunikasiya kanalları, kontent və kreativ istehsal prosesləri haqqında yaxşı anlayış;
  • Əsas məqsəd və prioritetləri müəyyən etmək, böyük mənzərəni görmək və bunu konkret icra planına çevirmək bacarığı;
  • Güclü planlama, prioritetləşdirmə və layihə koordinasiyası bacarığı;
  • Analitik düşüncə, nəticəyönümlülük və detallara diqqət;
  • Eyni vaxtda bir neçə layihəni keyfiyyətli və vaxtında idarə etmək bacarığı;
  • Güclü şifahi və yazılı kommunikasiya bacarıqları;
  • Xarici dil biliyi olaraq rus və ingilis dili biliyi üstünlükdür.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub CV göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 avqust 2026
Dillər
Russian, English
Son tarix
26 sentyabr 2026

Şirkət haqqında

Olivia Beauty & Care
Retail · Baku
Olivia Beauty & Care — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Marketinq menecer
Müraciət et