Marketinq strategiyalarını hazırlayır və icra edir, minimum 2 il təcrübəsi olmalıdır.
Vakansiya haqqında
İş şəraiti
- Fəaliyyət sahəsi İdman federasiyası
- İş yeri Bakı şəhəri
- İş qrafiki həftəlik 40 saat
- Əmək haqqı müsahibənin nəticəsinə əsasən razılaşdırılır
Vəzifə öhdəlikləri
- Federasiyanın marketinq strategiyasının hazırlanmasını, həyata keçirilməsini və icrasına nəzarəti təmin etmək.
- Bakıda keçirilən beynəlxalq yarışlarla əlaqədar media planını tərtib etmək.
- Rəqəmsal marketinq üzrə sosial şəbəkələrdə fəallığı artırmaq üçün müasir marketinq üsullarından istifadə etmək.
- Federasiyanın fəaliyyətinin və gimnastika növlərinin geniş ictimaiyyətə tanıdılması məqsədilə reklam, PR və kommunikasiya planlarını hazırlamaq və icra etmək.
- Brendin tanıdılması istiqamətində tədbirlər görmək və brend siyasətinə uyğun vahid vizual və informasiya üslubunu təmin etmək.
- Federasiya tərəfindən təşkil olunan yarışların, tədbirlərin və layihələrin marketinq təminatını həyata keçirmək, media və ictimaiyyətlə əlaqələrin idarə olunmasını təşkil etmək.
- Yerli və beynəlxalq tərəfdaşlarla, sponsorlarla və media qurumları ilə əlaqələrin qurulmasını və inkişaf etdirilməsini təmin etmək.
- Rəqəmsal platformalarda, o cümlədən veb-saytda, sosial mediada və e-poçt marketinqində Federasiyanın fəaliyyəti ilə bağlı məlumatların mütəmadi yerləşdirilməsini və yenilənməsini təşkil etmək.
- Tamaşaçı auditoriyasının artırılması məqsədilə kampaniyalar, aksiyalar və təşviqat tədbirləri hazırlamaq və həyata keçirmək.
- Rəqəmsal və ənənəvi reklam kanalları üzrə media planlaşdırma və yerləşdirmə proseslərini təşkil etmək, büdcəyə uyğun xərclərin planlaşdırılmasına nəzarət etmək.
- İctimaiyyətin rəyini və bazar tendensiyalarını araşdırmaq, təhlil etmək və müvafiq təkliflər hazırlamaq.
- Marketinq fəaliyyəti üzrə hesabatların hazırlanmasını və rəhbərliyə təqdim olunmasını təmin etmək.
- Federasiyanın dəyərlərinə, məqsədlərinə və strateji inkişaf planına uyğun olaraq marketinq fəaliyyətini daim təkmilləşdirmək və innovativ yanaşmalar tətbiq etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər
- Ali təhsil.
- Ən azı 2 il iş stajı.
- Kompüter bilikləri, MS Office, Canva.
- İngilis dili biliyi, C1 səviyyəsi.
Tələblərə uyğun namizədlərdən CV və əvvəlki marketinq layihələrini əks etdirən portfolio linkini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində "Marketinq meneceri" qeyd edilməlidir.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq meneceri üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
25 açıq vakansiya, 36 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Həftəlik 40 saat iş qrafiki var.
Ən azı 2 il iş təcrübəsi tələb olunur.
MS Office və Canva proqramları üzrə bilik tələb olunur.
İngilis dili biliyi C1 səviyyəsində olmalıdır.
CV və portfolio linkini məktub mövzusunda "Marketinq meneceri" qeyd etməklə elektron ünvana göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq meneceri üzrə Bakıda digər açıq elanlar.
Marketinq strategiyasını hazırlayır, rəqəmsal marketinq və reklam kampaniyalarını idarə edir, 3 il təcrübə tələb olunur.
Brendin marketinq strategiyasını hazırlayır və FMCG sahəsində təcrübə tələb edir.
Marketinq strategiyasını hazırlayır, brend idarəçiliyi və komanda rəhbərliyi bacarığı tələb olunur.




