SMM-менеджeri kimi sosial şəbəkələrdə kontent planlayır və mobilografiya bacarığına malik olmalıdır.
Vakansiya haqqında
Falcon X komandası Marketing Manager axtarır!
Marketinq, sosial media və kontent sahəsində təcrübəlisənsə, kreativ prosesləri idarə etməyi və ideyaları reallaşdırmağı sevirsənsə, komandamıza qoşula bilərsən.
Əsas vəzifələr:
- Sosial media və marketinq fəaliyyətlərinin planlanması və idarə olunması
- Kreativ ideya və kampaniyaların hazırlanması
- Foto və video çəkilişlərin təşkili və çəkiliş prosesinin idarə olunması
- Dizayner, fotoqraf, videoqraf və digər kreativ komanda üzvləri ilə işin koordinasiyası
- Sosial media trendlərinin və rəqiblərin fəaliyyətinin izlənilməsi
- Kontentlərin vaxtında hazırlanmasına və paylaşılmasına nəzarət
- Marketinq kampaniyalarının nəticələrinin izlənilməsi və analiz edilməsi
Namizəddən gözləntilər:
- Marketinq və sosial media sahəsində iş təcrübəsi
- Kreativ düşüncə və güclü təşkilatçılıq bacarığı
- Çəkiliş və kontent istehsalı proseslərini idarə etmək bacarığı
- Sosial media platformaları və trendləri haqqında yaxşı bilik
- Eyni anda bir neçə işi koordinasiya etmək bacarığı
- Məsuliyyətli, operativ və detallara diqqətli olmaq
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00
- Əməkhaqqı: 850 AZN (+ bonus)
Müraciət üçün CV və varsa portfolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında
Falcon X Software şirkəti 2022-ci ilin may ayında Bakı/Azərbaycanda Falcon X MMC adı altında Türkiyə və Azərbaycan 'ın birgə layihəsi olaraq yaradılmışdır.
Falcon X — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media hesablarını idarə edir, kontent hazırlayır və reklam kampaniyalarını aparır.
Sosial media hesablarını idarə edir, video və məzmun yaradır, rəqəmsal marketinq bilikləri tələb olunur
Şirkətin marketinq strategiyasını hazırlayır, bazar araşdırması aparır və sosial media idarə edir.




