Marketinq strategiyasını hazırlayır, rəqəmsal marketinq və sosial media bacarıqları tələb olunur.
Vakansiya haqqında
Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri vakansiyası elan edir
Vəzifə öhdəlikləri:
- Təşkilatın marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
- SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
- Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
- Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
- PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
- Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
- Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.
Namizədə dair tələblər:
- Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil
- Bank və ya BOKT sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il təcrübə
- BOKT və ya Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatlılıq
- Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı;
- Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı;
- Komandada işləmə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Mükəmməl Azərbaycan dili biliyi;
- Microsoft Office proqramları ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Ünvan: Bakı şəhəri, Atatürk prospekti 12A, “İnternational” ASC-nin Baş ofisi
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Marketinq şöbəsinin Baş mütəxəssisi /Şöbə müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.
Şirkət haqqında
"INTERNATIONAL" Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti 21.05.2013 - ci il tarixində BKT - 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir .
International BOKT — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Rəqəmsal marketinq strategiyasını hazırlayır və SEO, analitika alətlərində təcrübə tələb olunur
Rəqəmsal marketinq kampaniyalarının hazırlanması və idarə olunmasında dəstək olmaq üçün ilkin bilik tələb olunur.
Bazar araşdırmaları aparır, satış dəstəyi verir və yüksək analitik düşüncə tələb olunur.




