Marketinq şöbəsinin meneceri

Azerbaijan Poultry Company

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
3 avqust 2026

Vakansiya haqqında

Vakansiya haqqında məlumat:

  • Şirkətin marketinq strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Brendin tanıtımı və bazar mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyətləri planlaşdırmaq;
  • Marketinq şöbəsinin gündəlik fəaliyyətini idarə etmək və komandanın işini koordinasiya etmək;
  • Marketinq büdcəsini planlaşdırmaq və effektiv idarə etmək;
  • Rəqəmsal marketinq, sosial media, PR və reklam kampaniyalarının hazırlanması və icrasına rəhbərlik etmək;
  • Bazar araşdırmaları aparmaq, rəqib analizləri hazırlamaq və yeni inkişaf imkanlarını müəyyənləşdirmək;
  • Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək satışın artırılmasına yönəlmiş kampaniyalar hazırlamaq;
  • Reklam agentlikləri ilə əməkdaşlığı idarə etmək.

Tələblər:

  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq alətləri üzrə biliklər;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, rus və ingilis dillərini bilməsi üstünlükdür
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
  • Analitik düşüncə, kreativ yanaşma, ünsiyyət və təqdimat bacarığı.

İş şəraitinin şərtləri

  • İş qrafiki: 09:00-18:00;
  • İstirahət günü: Həftədə 2 dəfə (Şənbə, Bazar günü)
  • Ə/h müsahibə əsasında təyin olunur.

CV-nizi başlıqda "Marketinq şöbəsinin Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət haqqında

Azerbaijan Poultry Company
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Heyvandarlıq

“Azerbaijan Poultry Company” MMC 2012-ci ildə regionların inkişafı üzrə dövlət proqramı çərçivəsində yaradılmış yüksək texnoloji şirkətdir. Şirkətin əsas fəaliyyəti "Mərcan" brendi altında ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli toyuq əti istehsalıdır.

Azerbaijan Poultry Company — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Marketinq şöbəsinin meneceri
Müraciət et