Market ResearchCompetitive AnalysisBrand Positioning
Yerləşmə
Azərbaycan
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–1 800 ₼
Yerləşdirilib
3 iyul 2026
Dillər
Azerbaijani, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş haqqında məlumat
- Şirkətin ümumi strateji hədəflərinə uyğun olaraq satış bazarının genişləndirilməsi və məhsul çeşidinin artırılması kimi biznesin inkişaf istiqamətlərini əhatə edən uzunmüddətli inkişaf strategiyasının, eləcə də kompleks marketinq strategiyasının hazırlanması və icrası;
- Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirilməsi;
- Aylıq, rüblük və illik marketinq fəaliyyət planlarının hazırlanması, resursların müəyyənləşdirilməsi və icrası;
- İllik marketinq büdcəsinin planlaşdırılması, idarə edilməsi və kampaniyaların maliyyə çərçivəsində həyata keçirilməsi;
- Rəqabət mühitinin təhlili, rəqiblərin marketinq fəaliyyətlərinin izlənilməsi, alternativ reklam imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması;
- Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi və restoranlarda məhsul satışları ilə xidmət səviyyəsinin artırılması məqsədilə bazar araşdırmaları aparır;
- KPI və ROI-ların ölçülməsi, nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Çap materiallarının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
- Bütün marketinq fəaliyyətlərinin effektivliyinin təhlili və proqnozların verilməsi;
- Agentliklər, dizayn komandası və digər tərəfdaşlarla koordinasiya;
- Müştəri cəlbi və məmnuniyyətinin artırılmasına yönəlik təşəbbüslərin həyata keçirilməsi;
- PR kampaniyalarının təşkili, media ilə əlaqələrin qurulması və effektivliyin ölçülməsi;
- Kontent strategiyasını formalaşdırır, bu zaman kontent planının məqsədlərini, hədəf auditoriyanı, əsas mesajları, istifadə olunacaq platformaları və əsas performans göstəricilərini (KPI) müəyyən edir;
- Hədəf auditoriyaya uyğun reklam kampaniyalarının təşkili və təhlili (ATL, BTL, Digital);
- Məhsulun qiymətinin müəyyənləşdirilməsi prosesində iştirak etmək;
- Şirkətin rəsmi saytının daimi nəzarətdə saxlanılması və təkmilləşdirilməsi;
- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Əməkhaqqı -1500-1800 azn.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Marketing StrategySales ManagementBrand Management
Marketing StrategyBrand ManagementPublic Relations
Marketing StrategySocial Media MarketingPerformance Marketing

