Marketinq strategiyasını hazırlayır, brend idarəçiliyi və komanda rəhbərliyi bacarığı tələb olunur.
Vakansiya haqqında
Vəzifəyə tələblər:
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Reklam, digital marketinq, sosial media və brend kommunikasiyası üzrə praktiki biliklər;
- Media və reklam agentlikləri ilə iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı işləmək bacarığı;
- Analitik düşünmə və hesabat hazırlamaq bacarığı;
- Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləşdirmək bacarığı;
- Güclü kommunikasiya, koordinasiya və danışıqlar aparmaq bacarıqları;
- Azərbaycan dilini mükəmməl, rus və/və ya ingilis dilini yaxşı səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
- İllik marketinq planına uyğun fəaliyyətlərin həyata keçirilməsində iştirak etmək;
- Reklam və marketinq kampaniyalarının hazırlanması və icrasını koordinasiya etmək;
- TV, radio, onlayn media, outdoor və digər reklam kanallarında yerləşdirmələrin təşkilini təmin etmək;
- Sosial media və rəqəmsal kommunikasiya fəaliyyətlərinin icrasını əlaqələndirmək;
- Reklam mətnləri, vizuallar, video materiallar və digər marketinq kontentlərinin hazırlanması prosesində iştirak etmək;
- Reklam və kreativ agentliklər, media şirkətləri, çap evləri və digər tərəfdaşlarla gündəlik işləri koordinasiya etmək;
- Kampaniyalar üzrə media planların hazırlanmasında iştirak etmək və yerləşdirmələrin plana uyğun icrasına nəzarət etmək;
- Şirkətin məhsul və xidmətləri üzrə promo aksiyaların, tədbirlərin və digər marketinq aktivliklərinin təşkilində iştirak etmək;
- Brend standartlarının reklam və kommunikasiya materiallarında düzgün tətbiq olunmasına nəzarət etmək;
- Bazar, rəqiblər, qiymətlər, kampaniyalar və müştəri davranışları üzrə məlumat toplamaq və təhlillər aparmaq;
- Marketinq kampaniyalarının nəticələrini reach, engagement, lead, conversion və digər göstəricilər üzrə izləmək;
- Marketinq xərclərinin və büdcə istifadəsinin uçotunu aparmaq, plan-fakt müqayisələrini hazırlamaq;
- Marketinq fəaliyyətləri üzrə həftəlik, aylıq və kampaniya əsaslı hesabatlar hazırlamaq;
- Satış, PR, dizayn, digital və digər aidiyyəti komandalarla marketinq layihələrinin icrasını koordinasiya etmək;
- Yeni marketinq və kommunikasiya imkanları ilə bağlı araşdırmalar aparmaq və təkliflər təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən marketinq istiqamətli digər tapşırıqların icrasını təmin etmək.
İş vaxtının norması:
- Həftə içi 5 gün
- 09:00-18:00
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq üzrə şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq meneceri üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
25 açıq vakansiya, 36 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftə içi 5 gün, 09:00-18:00 saatları arasında işlənir.
İş yeri Bakı şəhərində yerləşir.
Marketinq sahəsində minimum 3-5 il iş təcrübəsi tələb olunur.
CV-nizi elektron poçt ünvanına göndərin, mövzu hissəsində “Marketinq üzrə şöbə müdiri” qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq meneceri üzrə Bakıda digər açıq elanlar.
Marketinq şöbəsini idarə edir, marketinq strategiyası hazırlayır və minimum 3 il təcrübəsi var
Marketinq strategiyasını hazırlayır, rəqəmsal marketinq və reklam kampaniyalarını idarə edir, 3 il təcrübə tələb olunur.
Brendin marketinq strategiyasını hazırlayır və FMCG sahəsində təcrübə tələb edir.





