Vakansiya haqqında

Bioloji Təbabət Klinikası marketinq və kommunikasiya fəaliyyətinin strateji idarə olunmasını həyata keçirəcək, klinikanın brendinin inkişafına və pasiyentlərlə effektiv kommunikasiya qurulmasına rəhbərlik edəcək Marketinq və Kommunikasiya Şöbəsinin Rəisi vəzifəsinə namizəd axtarılır.

Vəzifə öhdəlikləri

  • Klinikanın marketinq və kommunikasiya strategiyasını hazırlamaq və həyata keçirmək;
  • İllik və rüblük marketinq planlarını, büdcəni və fəaliyyət göstəricilərini hazırlamaq;
  • Klinikanın brend strategiyasının formalaşdırılması və inkişafını təmin etmək;
  • Rəqəmsal marketinq, sosial media, SEO/SEM, kontent və digər kommunikasiya kanallarının effektiv idarə olunmasını təşkil etmək;
  • Reklam və kommunikasiya kampaniyalarını planlaşdırmaq, həyata keçirmək və nəticələrini təhlil etmək;
  • Pasiyent seqmentlərini, bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini təhlil etmək;
  • Yeni pasiyentlərin cəlb edilməsi və mövcud pasiyentlərin loyallığının artırılması üzrə marketinq layihələri hazırlamaq;
  • Klinikanın xidmətlərinin bazara çıxarılması və tanıdılması üzrə kampaniyalar hazırlamaq;
  • Sosial media və digər kommunikasiya platformalarında klinikanın korporativ üslubunun və reputasiyasının qorunmasını təmin etmək;
  • Media ilə əlaqələri, PR fəaliyyətlərini və ictimaiyyətlə əlaqələri koordinasiya etmək;
  • Həkimlərin və tibbi xidmətlərin kommunikasiya və kontent strategiyasını hazırlamaq;
  • Marketinq agentlikləri, media qurumları, dizayn və digər xarici tərəfdaşlarla əməkdaşlığı idarə etmək;
  • Marketinq və kommunikasiya şöbəsinin fəaliyyətini təşkil etmək, əməkdaşların işini koordinasiya və nəzarət etmək;
  • Marketinq fəaliyyətinin nəticələrini KPI-lar əsasında qiymətləndirmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Marketinq büdcəsinin səmərəli istifadəsinə və xərclərin optimallaşdırılmasına nəzarət etmək;
  • Klinikanın reputasiyası və kommunikasiya risklərini müəyyənləşdirmək və onların idarə olunması üzrə tədbirlər həyata keçirmək.

Namizədə tələblər

  • Marketinq, kommunikasiya, ictimaiyyətlə əlaqələr, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq və kommunikasiya sahəsində ən azı 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi;
  • Səhiyyə, klinika, pharma və ya xidmət sektorunda iş təcrübəsi üstünlükdür;
  • Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
  • Rəqəmsal marketinq və sosial media kanalları üzrə güclü biliklər;
  • PR, brend idarəçiliyi və korporativ kommunikasiya sahəsində təcrübə;
  • Marketinq büdcəsinin idarə olunması və KPI-larla işləmək bacarığı;
  • Analitik düşüncə və məlumat əsasında qərarvermə bacarığı;
  • Güclü liderlik, komanda idarəetməsi və layihələrin koordinasiyası bacarığı;
  • Yüksək kommunikasiya və təqdimat bacarıqları;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi nitq;
  • İngilis və ya Rus dili biliyi üstünlükdür;
  • MS Office proqramları və müasir marketinq alətləri ilə işləmək bacarığı.

Şəxsi keyfiyyətlər

  • Strateji və analitik düşüncə;
  • Liderlik və təşəbbüskarlıq;
  • Yüksək məsuliyyətlilik;
  • Nəticəyönümlülük;
  • Yaradıcı yanaşma;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Komanda ilə işləmək və komandanı motivasiya etmək bacarığı;
  • Dinamik iş mühitinə uyğunlaşma.

İş şəraiti

  • İş yeri: Bioloji Təbabət Klinikası
  • Vəzifə: Marketinq və Kommunikasiya Şöbəsinin Rəisi
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və peşəkar göstəricilərinə əsasən müsahibə zamanı müəyyən edilir.

Biz nə təklif edirik?

  • İnkişaf edən və peşəkar iş mühitində çalışma imkanı;
  • Klinikada marketinq və kommunikasiya strategiyasının formalaşdırılmasında rəhbər rol;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rəqabətli əməkhaqqı və motivasiya sistemi;
  • Müasir marketinq layihələrində iştirak imkanı.

CV-nizi mövzu hissəsində “Marketinq və Kommunikasiya Şöbəsinin Rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
21 oktyabr 2026
HRX ilə müraciət
2
Baxış
21

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Marketinq meneceri üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

22 açıq vakansiya, 33 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Marketinq meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Bioloji Təbabət Klinikası
İnsan sağlamlığı və sosial xidmətlər, Xəstəxanalar və klinikalar · Bakı
Bioloji Təbabət Klinikası — bütün vakansiyalar

Bioloji Təbabət klinikası Bioloji Təbabətin ən yeni və effektli üsullarını özündə birləşdirir. Klinika 2009-cu il may ayından fəaliyyətə başlanmasına baxmayaraq kadr hazırlığına 2001-ci ildən başlanmışdır.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bioloji Təbabət Klinikasıdır, Bakı şəhərində yerləşir.

İş rejimi tam iş günüdür.

Əmək haqqı namizədin təcrübə və peşəkar göstəricilərinə əsasən müsahibə zamanı müəyyən edilir.

CV-nizi mövzu hissəsində “Marketinq və Kommunikasiya Şöbəsinin Rəisi” qeyd etməklə göndərməyiniz xahiş olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Ali təhsil və marketinq, kommunikasiya sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur, rəhbər vəzifədə isə ən azı 2 il təcrübə üstünlükdür.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Marketinq meneceri üzrə Bakıda digər açıq elanlar.

3 000–5 000₼

Marketinq strategiyasını hazırlayır, komandanı idarə edir və digital marketinq biliklərinə malikdir.

Marketing StrategyBrand ManagementSocial Media MarketingPublic Relations+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Galeon Seafood MMC
Manager · 3+ ilBakı
Maaş göstərilməyib

Marketinq şöbəsini idarə edir, marketinq strategiyası hazırlayır və minimum 3 il təcrübəsi var

Brand ManagementSocial Media MarketingPublic RelationsMarket Analysis+17
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Restaurants by Emin Agalarov
Manager · 3+ ilBakı
Maaş göstərilməyib

Restoranlar üçün marketinq strategiyasını hazırlayan və komandaya rəhbərlik edən təcrübəli marketinq meneceri.

Social Media MarketingMarket AnalysisTeam ManagementMarketing strategy development+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
TABIA Group LLC
ManagerBakı
Maaş göstərilməyib

Marketinq strategiyalarını hazırlayır, rəqabət analizləri aparır və marketinq komandasını idarə edir.

Marketing StrategyCompetitive AnalysisProduct DevelopmentBrand Management+8
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Marketinq və kommunikasiya şöbəsinin rəisi
Müraciət et