Marketing StrategyBrand ManagementPerformance Marketing
Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
26 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Əsas Öhdəliklər:
- Şirkətin satış və marketinq strategiyasının işlənib hazırlanması və illik biznes planın (Business Plan) formalaşdırılması;
- Filialın aylıq və illik satış planlarının icrasının təmin olunmasına nəzarət
- Mağazalar şəbəkəsi üzrə vahid satış siyasətinin, qiymət və endirim mexanizmlərinin müəyyən edilməsi
- Müştəri sadiqliyi (Loyalty) və CRM strategiyasının qurulması, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması.
- Departamentin strukturunun və funksional bölmələrinin işinin koordinasiya edilməsi;
- Satış və marketinq komandaları üçün KPI-ların müəyyən edilməsi və icra monitorinqi;
- Korporativ dəyərlərə uyğun daxili mədəniyyətin formalaşdırılması və komandanın inkişafı üçün mentorluq sisteminin qurulması.
- Brendin tanınması üçün rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması, reklam kampaniyalarının təşkil olunması
- Bazar trendlərinin, rəqiblərin və müştəri davranışlarının analizi əsasında təkliflərin hazırlanması
- Satış və marketinq komandasına rəhbərlik etməklə əməkdaşların motivasiyasının və peşəkar inkişafının təmin edilməsi
- Xidmət keyfiyyətinin artırılması və sadiqlik proqramlarının tərtib olunması
- Marketinq büdcəsinin investisiyanın qaytarılması göstəricisinə nəzarət və xərclərin optimallaşdırılması
- Satış və Marketinq fəaliyyətlərinin sinxronlaşdırılması, çarpaz satış (cross-selling) imkanlarının artırılması
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya müvafiq sahə üzrə);
- Satış və ya Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi (Mebel və elektronika satış sahəsi arzuolunandır);
- Azərbaycan dili (mükəmməl), rus və ingilis dili (arzuolunandır);
- Müasir marketinq alətləri və trendləri ilə işləmək bacarığı;
- Satış hesabatlarını təhlil etmək və proqnozlar hazırlamaq qabiliyyəti.
- Güclü təşkilatçılıq, komanda idarəetmə və qərarvermə qabiliyyəti.
- Komandanı motivasiya etmək və hədəflərə yönləndirmək bacarığı.
- Məsuliyyətli, dürüst, ünsiyyətcil və problem həll etmə bacarığı.
Biz Nə Təklif Edirik?
- Dinamik və peşəkar iş mühiti;
- Peşəkar inkişaf və karyera artımı imkanları.
- Sabit əməkhaqqı + Satış planının icrasına görə cəlbedici bonus sistemi.
Şirkət haqqında
Rifah Group
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət
1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası bəlirləməkdir. Proqramın məqsədi: Regionlarda əmək bazarı potensialının artımına, işsizliyin azalmasına dəstək vermək. Şirkəti potensiallı, inkişafa meylli əməkdaşlarla təmin etmək, gələcək inkişaf istiqamətləri üzrə onlardan, qarşılıqlı qazanma şərtilə, fayda əldə etmək.
Rifah Group — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Brand ManagementCorporate SalesCompetitor analysis
Campaign ManagementBudget ManagementContent Marketing
Sales StrategyTeam LeadershipPerformance Management


