Marketinq strategiyasını işləyir, reklam kampaniyalarını idarə edir, minimum 3 il təcrübəsi var.
Vakansiya haqqında
Restoran və xidmət sektorunda fəaliyyət göstərən şirkətimizə operativ, məsuliyyətli, araşdırma və koordinasiya bacarığı yüksək olan Marketinq Mütəxəssisi axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Restoranlarda keçirilən banket və tədbirlər üzrə müştəri rəylərinin toplanması, xidmət keyfiyyətinin araşdırılması və hesabatların hazırlanması
- Wolt və Bolt platformalarında restoran məlumatlarının, qiymətlərin, məhsulların və vizual materialların yoxlanılması və yenilənməsi
- Restoranların QR menyularında qiymət, məhsul tərkibi, şəkil, dil və digər məlumatların düzgünlüyünün yoxlanılması
- Restoranlar üçün mövsüm və xüsusi günlərə uyğun fon musiqilərinin hazırlanması və koordinasiyası
- Mövcud müştəri məlumatları əsasında müştəri bazasının yaradılması və mütəmadi yenilənməsi
- Mikro və makro influencerlər üzrə məlumat və qiymət bazasının formalaşdırılması
- Şəhərdaxili monitorlar, outdoor reklam qurğuları, ticarət mərkəzləri və digər reklam sahələri üzrə araşdırmaların aparılması, qiymət təkliflərinin toplanması
- Outdoor reklamlar üçün dizaynerlərə düzgün və ətraflı brief verilməsi
- Restoranlardan daxil olan çap materialları üzrə sifarişlərin koordinasiyası, hazırlanmış materialların yoxlanılması və qeydiyyatının aparılması
- Şirkətlər üçün korporativ əməkdaşlıq təkliflərinin hazırlanması, e-mail vasitəsilə göndərilməsi və yazışmaların həyata keçirilməsi
- Restoranların YouTube kanallarının idarə olunması və video kontentlərin yerləşdirilməsi
- Tripadvisor hesablarının mütəmadi yoxlanılması və məlumatların yenilənməsi
- Restoranların Google Maps, Instagram, Bolt, Uber, Yango, Waze və digər xəritə platformalarında ünvan və məlumatlarının düzgünlüyünün yoxlanılması
- Websayt-da həftəlik tədbir məlumatlarının yerləşdirilməsi və sayt üzrə müvafiq yeniliklərin edilməsi
- Restoranlara aid marketinq materiallarının vahid bazada sistemli şəkildə saxlanılması və yenilənməsi
- Foto, video, dizayn, motion, QR menyu, çatdırılma platformaları və digər marketinq məlumatlarının sistemləşdirilməsi
- Rəqiblərin mütəmadi izlənilməsi və rəqib analizlərinin hazırlanması
- Ölkədə keçirilən böyük tədbirlər, sərgilər, yarışlar və beynəlxalq layihələrin araşdırılması, uyğun marketinq təkliflərinin hazırlanması
- Azərbaycanda fəaliyyət göstərən restoranlar üzrə ərazi, sosial media və digər məlumatları əhatə edən məlumat bazasının hazırlanması
Namizədə tələblər:
- Marketinq sahəsində təcrübə arzuolunandır
- Araşdırma və məlumat toplama bacarığı
- MS Excel və Google Sheets ilə işləmə bacarığı
- Hesabat hazırlamaq və məlumatları sistemləşdirmək bacarığı
- Sosial media və rəqəmsal platformalar haqqında anlayış
- Google Maps, Tripadvisor, YouTube, Wolt, Bolt və oxşar platformalarla işləmək bacarığı üstünlükdür
- E-mail yazışmaları və korporativ kommunikasiya bacarığı
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
- Rus və ingilis dili biliyi üstünlükdür
- Diqqətli, məsuliyyətli və operativ olmaq
- Eyni anda bir neçə layihəni idarə edə bilmək
- Komanda ilə işləmə və koordinasiya bacarığı
Biz nə təklif edirik?
- Böyük və müxtəlif restoran brendləri ilə işləmək imkanı
- Marketinqin həm rəqəmsal, həm də ənənəvi istiqamətlərində praktiki təcrübə
- Peşəkar marketinq və kreativ komanda ilə işləmək imkanı
- İnkişaf və karyera perspektivi
- Stabil və dinamik iş mühiti
İş şəraiti
- İş yeri: Ofis
- İş saatları: 09:00-18:00 / həftə içi 5 gün
- Əmək haqqı: 800 AZN
- Tam Ştat
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Marketinq mütəxəssisi üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
13 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda, ofis şəraitindədir.
İş saatları 09:00-18:00, həftə içi 5 gün işləməkdir.
Əmək haqqı 800 manatdır.
Marketinq, araşdırma, MS Excel, Google Sheets, sosial media və rəqəmsal platformalar üzrə bacarıqlar tələb olunur.
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət, rus və ingilis dili üstünlükdür.
Namizədlər CV-lərini elektron poçt vasitəsilə göndərə bilərlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Marketinq strategiyalarını hazırlamaq və rəqəmsal kanalların idarə olunmasına cavabdehdir.
Şirkətin marketinq strategiyasını hazırlayır və rəqəmsal marketinqdə ən azı 3 il təcrübəsi var.
Azərbaycan üzrə marketinq kampaniyalarını planlaşdırır və büdcə idarəçiliyi bacarığı tələb olunur.




