Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesablarına nəzarət edərək yeniliklərin tətbiq edilməsi: kontentin hazırlanması, paylaşılması,korporativ dizaynın qorunub saxlanması və vaxtaşırı yenilənməsi;
  • Şirkətin xidmətləri haqqında təqdimatların hazırlanması və məzmunların təkminləşdirilməsi,
  • Korporativ tədbirlərin təşkili və idarə olunması Daxili (əməkdaşlar üçün) və Tərəfdaşlarla tədbirlərin, teambuildinglərin təşkilində verilən tapşırıqların yerinə yetirilməsi
  • Hesabatların və planların vaxtında hazırlanmasının təmin edilməsi
  • Tədbirlərin xərclərini izləmək və hesabatlandırmaq, təsdiqlənmiş büdcə və maliyyə nəzarəti ilə uyğunluğunu təmin etmək.
  • Promo məhsulların ehtiyaclarının müəyyən edilməsi

Namizədə tələblər:

  • Ali təhsilə malik
  • Bu sahədə 2 il və üzəri iş təcrübəsi
  • Adobe Photoshop və Illustrator üzrə biliklərin olması üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dili səlis,İngilis dili və Rus dilləri yaxşı səviyyədə
  • Yaxşı səviyyədə təqdimat hazırlama bacarıqları
  • Tədbir konsepti hazırlama və kreativ yanaşma bacarığı
  • Güclü kommunikasiya, təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarıqları

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
  • İş yeri: Səməd Vurğun 79B,Ultra Technologies

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri və mövzu hissəsində mütləq “Marketinq üzrə koordinator” qeyd etmələri xahiş olunur.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
15 oktyabr 2026

Şirkət haqqında

Ultra Technologies
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Bakı

Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olaraq, Hewlett Packard Enterprise, Cisco, Dell, Oracle, HP və s. digər İT korporasiyaların rəsmi statuslu tərəfdaşıdır.

Ultra Technologies — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Marketinq üzrə koordinator
Müraciət et