Digital Marketinq Mütəxəssisi

Akad Group

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
21 avqust 2026

Vakansiya haqqında

İş yeri: Bakı

İş qrafiki: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrası;
  • Instagram, Facebook, LinkedIn, TikTok və digər sosial media platformalarının idarə olunması;
  • Kontent planının hazırlanması və paylaşım prosesinin koordinasiyası;
  • Meta (Facebook/Instagram) və Google Ads reklam kampaniyalarının qurulması, optimallaşdırılması və idarə edilməsi;
  • Reklam nəticələrinin analiz edilməsi və aylıq hesabatların hazırlanması;
  • SEO və veb-saytın inkişafı üzrə təkliflərin verilməsi;
  • Foto və video çəkilişlərinin təşkili, dizayner və videoqrafla koordinasiyalı işləmək;
  • Brendin rəqəmsal görünürlüğünün artırılması və yeni müştəri cəlbi üçün kampaniyaların hazırlanması.

Tələblər:

  • Marketinq, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Digital Marketing sahəsində minimum 2 il iş təcrübəsi;
  • Meta Ads ManagerGoogle Ads platformalarında praktiki təcrübə;
  • Google Analytics 4 (GA4)Google Search Console ilə işləmək bacarığı;
  • Sosial media idarəçiliyi və kontent planlaşdırılması üzrə təcrübə;
  • Canva və ya Adobe Photoshop proqramlarında əsas dizayn bacarığı (üstünlükdür);
  • Azərbaycan dilini sərbəst, ingilis dilini orta səviyyədə bilmək (üstünlükdür);
  • Analitik düşüncə, yaradıcılıq, məsuliyyət və komanda ilə işləmə bacarığı.

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı (müsahibə əsasında);
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rahat və müasir iş mühiti;
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Digital Marketinq Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Şirkət haqqında

Akad Group
Tikinti, Bina tikintisi · Baku

Əsas məqsədimiz, hazır təmirli ev, bağ və obyektlərin müştərinin tələb və zövqünə görə avropa standartlarına uyğun tikilib, eksteryer və interyer dizaynı tərəfimizdən edilib müştərilərə təhvil verilməsidir. Həmçinin, işlərimizin təhvil verilməsi prosesi də bizim üçün əhəmiyyətlidir. Biz, keyfiyyətli və sürətli şəkildə müştəriyə arzuladığı məkanı söz verdiyimiz vaxtda çatdırılması üçün ən yaxşı komanda ilə işləyirik. Təhlükəsizlik və keyfiyyətə xüsusi diqqət yetiririk.

Akad Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Azera HoldingMiddle1 000 ₼16 gün əvvəl
Content managementSEOAdobe Photoshop
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Digital Marketinq Mütəxəssisi
Müraciət et