Yerləşmə
Azərbaycan
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 iyun 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
27 iyul 2026

Vakansiya haqqında

Əsas Öhdəliklər və Tapşırıqlar:

  • Sosial media platformaları (Instagram, Facebook, TikTok, LinkedIn, YouTube) üçün aylıq kontent planlarının və strategiyalarının hazırlanması.
  • Mebel və elektronika məhsullarının üstünlüklərini vurğulayan cəlbedici post, story və xüsusilə dinamik Reels/TikTok videolarının ssenarilərinin yazılması və çəkilişinin təşkili.
  • Sosial media paylaşımları üçün maraqlı, kreativ və satış yönümlü (copywriting) mətnlərin yazılması.
  • Rəylərin və gələn mesajların (DM) korporativ ünsiyyət etikasına uyğun olaraq vaxtında və peşəkar şəkildə cavablandırılması / müvafiq şöbələrə yönləndirilməsi.
  • Sahəyə uyğun lokal və qlobal trendlərin, rəqib fəaliyyətlərinin mütəmadi monitorinqi və brendə uyğunlaşdırılması.
  • Sosial media kampaniyalarının effektivliyinin analizi və aylıq performans hesabatlarının hazırlanması.

Namizədə Dair Tələblər:

  • SMM və ya rəqəmsal marketinq sahəsində minimum 1-2 il iş təcrübəsi (Retail, mebel və ya elektronika sahəsində təcrübə arzuolunandır).
  • Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus dili biliyi üstünlükdür).
  • Sosial media alqoritmlərini və dəyişən trendləri yaxından izləmək, sürətli adaptasiya olmaq bacarığı.
  • Punktuallıq, komandada işləmək bacarığı, operativlik və stressə davamlılıq.

Şirkət Sizə Nə Təklif Edir?

  • Namizədin bilik və bacarıqlarına uyğun olaraq (Müsahibə əsasında təyin olunacaq) + Bonus sistemi.
  • Dinamik inkişaf edən retail şəbəkəsində peşəkar artım və özünü reallaşdırma imkanı.
  • 6 günlük iş qrafiki
  • Mehriban və dəstəkləyici komanda mühiti.

Şirkət haqqında

Rifah Group
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət

1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası bəlirləməkdir. Proqramın məqsədi: Regionlarda əmək bazarı potensialının artımına, işsizliyin azalmasına dəstək vermək. Şirkəti potensiallı, inkişafa meylli əməkdaşlarla təmin etmək, gələcək inkişaf istiqamətləri üzrə onlardan, qarşılıqlı qazanma şərtilə, fayda əldə etmək.

Rifah Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
SMM menecer
Müraciət et